23.Riyaziyyatdan sinifdənxaric işlər və onların təşkili metodikası. Riyaziyyatdan sinifdənxaric işlər daha bacarıqlı və istedadlı şagirdləri aşkara çıxarmağa,şagirdlərdə riyaziyyata maraq və həvəs yaratmağa xidmət edir. Riyaziyyatda sinifdənxaric işlərdə şagirdlərdə əməyə məhəbbət kimi xususiyyətlər tərbiyə olunur. Riyaziyyatdan sinifdənxaric tədris prosesinin ayrılmaz bir hissəsi olmaqla onu tamamlayır, inkişaf etdirir. Riyaziyyatdan dərs məşğələsi sinifdən xaric işlərindən aşağıdakı xususiyyətlərinə görə fərqlənir:
Dərs proqram əsasında aparılmaqla bütün uşaqlar üçün məcburidir. Sinifdənxaricdə isə müəllim özü seçir və proqramdan kənara çıxa biıər.
Sinifdənxaricdə müəllim uşaqların fərdi bacarıqlarını nəzərə alıb priyomlar təklif edir
Sinifdənxaric işi- ümumi proqram materialının təkrarı və möhkəmləndirilməsinə deyilir. Sinifdənxaric məşqələlər üçün material seçərkən nəzərə almaq lazımdır ki, onun maraqlı olması işin keyfiyyətini artırır. İbtidai siniflərdə sinifdənxaric işlərin aşağıdakı növləri tətbiq olunur:
Riyazi şəhərciklər və ya riyazi gecələr
Riyazi ekskrusiyalar-Belə ekskrusiyalarda şagirdlər müəyyən obyektlərdə ölçmə, hesablama ilə əlaqədar olan işləri icra edir.
Riyazi dərnəklər
Riyazi olimpiyadalar- burada adətən misallar həllinə cəld və həlsiz hesablamaya həsr olunur.
Riyazi müsabiqələr- belə tədbirlər asan təşkil oluna bilən riyazi yarışlar hesab olunur
Komanda yarışları- 8-10 nəfər iştiak edə bilir
Riyazi qəzətlər
Riyaziyyat guşəsi- müəılim öz sinifində həmişə fəal şagirdlərin qüvvəsindəm səmərəli istifadə etməlidir.
24.Azkomplektli məktəblərdə riyaziyyat təliminin xususiyyətləri. Azkomplekltli məktəblərdə bir müəllim eyni bir sinif otağında eyni zamanda iki və ya üç siniflə dərs məşğələsi aparır. Bu məktəblər orta ümumtəhsil məktəbləri üçün qəbul edilmiş proqramla işləyirlər. Tətbiq olunan təlim metodlarıda digər məktəblərdə tətbiq olunanlarla eynidir. Lakin dərsin strukturunda mühüm fərqlər vardır. İkikomplektli məktəblərdə iki müəllim işləyir. Bu zaman bu müəllimlərin biri eyni zamanda I və III siniflərdə, digəri isə II-IV siniflərlə məşğul olur. Çünki III və IV siniflərin müstəqil işləmı imkanları daha çoxdur. Azkomplektli məktəblərdə tədrisin effektli kecirilməsi üçün dərsin cədvəlinin düzgün qurulmasının böyük əhəmiyyəti vardır. Dərs cədvəli tərtibinin iki variantı mövcuddur: