35. 1-dən 1000-ə qədər ədədlərin nömrələnməsi mövzusunun təlimi metodikası. Min dairəsində natural ədədlərin nömrələnməsi mövzusu 3 cü sinifdə öyrədilir. Min dairəsində ədədlərin nömrələnməsi prosesində on dairəsində və yüz dairəsində nömrələməyə aid biliklər təkrar edilir.Min dairəsində nömrələnməyə aid verilən biliklər isə çoxrəqəmli ədədlərin nömrələnməsi üçün baza rolunu oynayır.
Min dairəsində nömrələmə zamanı şagird üçrəqəmli ədədlə əlaqədar : natural sırada hər ədədin yerini bilməlidir, natural sırada hər sonraki ədədin alınmasını bilməlidir, min dairəsində hər bir ədədi oxumağı, yazmağı,mərtəbə vahidlərini ,mərtəbə ədədlərini göstərməyi bacarmalıdır,hər bir ikirəqəmli və üçrəqəmli ədədi mərtəbə toplananlarının cəmi şəklində göstərməyi bacarmalıdır.
Min dairəsində nömrələmənin iki xususiyyətini göstərmək lazımdır. 1) əşyaları saymağı sürətləndirmək üçün onları yüz-yüz ayırırıq 2)Sayma prosesində yüzlük yeni say vahidi kimi işlənir.Min dairəsində nömrələnməni yüzlüklə apardıqda ,şagirdlər iki adla tanış edilir.
1)Yüzlüklə nömrələmə: 1yüzlük,2yüzlük....,10yüzlük
2)Yüzlüklərin adlandırılması: yüz,2yüz,3yüz,4yüz..,9 yüz ,min və yazılması 100,200,300....,900,1000
Şifahi nömrələmədə müəllim hər bir ədədi tələffüz etdikdən sonra şagirdlərə təkrar etdirir.
Min dairəsində nömrələmənin ikinci mərhələsi – 100 dən 1000-ə qədər natural sıra parçasının doldurulmasında ibarətdir.Yəni ədədlər əvvəlcə sözlərlə, yəni yüzlüklərin sayı ilə ifadə olunur ,sonra isə rəqəmlər yazılır.Burada bu işlər görünür:
1)Hər sonraki ədəd əvvəlkindən nə qədər böyükdür və neçə də böyükdür ?
2)Hər sonraki ədəd əvvəlkindən necə alınır?
Beləliklə şagirdlər 100 dən 1000-ə qədər ədədlərin nömrələnməsini öyrənməklə,hər ədədin natural sırada tutduğu yeri və qiymətini, qonşu ədədlərin müqayisə edilməsini öyrənirlər.
Min dairəsində nömrələnmənin öyrədilməsinin üçüncü mərhələsində üçrəqəmli ədədlərin mərtəbə ədədləri (tərkibi) nəzərdən keçirilir,Yəni üçrəqəmli ədəd necə əmələ gəlir , ayrı-ayrı mərtəbə rəqəmləri hansı ədədi ifadə edir və s.
Yazılı nömrələmə zamanı sıfrın ədəddə tutduğu yerinə görə qiyməti prinsipinə diqqət yetirmək lazımdır.Çox vaxt şagirdlər ədədi yazarkən, olmayan mərtəbəsi əvəzinə sıfrı yazmağı unudurlar. Məsələn, beş yüz altı ədədini 56 kimi və ya 5006 kimi yazan şagirdlər olur
Min dairəsində nömrələmə prosesində ən mühüm iş ondan ibarətdir ki,şagirdlərin şifahi və yazılı nitqləri bir -birilə əlaqəli şəkildə inkişaf etdirilsin