Yazılı bölmənin təlimi: 1000 dairəsində yazılı bölmə aşağıdakı məzmunda təlim edilir:
1)yazılü bölmə qaydası ilə tanışlıq; 2) üçrəqəmli ədədin birrəqəmli ədədə bölünməsi( 462:2); 3) üçrəqəmli ədədi birrəqəmli ədədə bölmədə qalıq,təkliklərin bölünməsindən alınır; 4) üçrəqəmli ədədin birrəqəmli ədədə bölmədə qalıq onluqların bölünməsindən alınır; 5) üçrəqəmli ədədi birrəqəmli ədədə böldükdə iki dəfə qalıq alınır. Şagirdlər bilməlidir ki,tam bölünmə və qalıqlı bölmə- iksidə bölmədir. Birinci halda qalıq 0,ikincidə isə 0-dan fərqli alınır. 12:3= 4 (qal 0), 15:4= 3 ( qal 3) .
Hər iki misalı analitik şəkildə yazırıq: 12= 4×3+0 , 15= 3×4+3
Bu iki misalı indi şagirdlər üçün yeni olan yazılışı ilə tanışlıq: çubuqlu bölmə Şifahi bölmədə bölmə əməli iki nöqtədən,yazılıda isə çubuqlu bölmədən isdifadə olunur. Şifahi bölmə sətir üzrə,yazılü bölmə isə sütun şəklində yazılmaqla,qalığı tapmaq ücün çıxma əməlindən isdifadə edilir. Bu dərsdə 100 dairəsində ədədlərin qalıqlı və qalıqsıx bölünməsinə aid çalışmalar yazılı şəkildə göstərilir. Sonrakı dərsdə bu təkrar olunur və bölünənin bütın mərtəbə vahidləri verilən birrəqəmli ədədə bölünür. Məs: 826:2 . Sonrakı dərslərdə bölmə əməlinin yoxlanması, biliklərin möhkəmləndirilməsi ilə yanaşı qismətdə ikirəqəmli ədəd alınmaqla, üçrəqəmli ədədin ikirəqəmli ədədə bölünməsinə aid məsəllər həll edilir.
38.Qalıqlı bölmənin öyrədilməsi metodikası. Bu mövzu ııı sinifdə tədris edilir və riyaziyyat təliminin sonrakı mərhələlərində(ıv- xı) davam etdirilir. Qalıqlı bölmənin öyrədilmə məqsədi:
-qalıqlı bölmənin konkret mənasının aşkar edilməsi;
- qalıqlı bölmə alqoritminin(qaydanın)şərh edilməsi;
- qalıqlı bölmə əməlinin yerinə yetirilməsi və yazılması bacarığınıb formalaşdırılması.
Şagird qalıqlı bölmə bacarığına yiyələnməsi üçün vurma və bölmənin cədvəl hallarını möhkəm mənimsəməlidir. Qalıqlı bölmə- öz mahiyyəti etibarilə yazılı bölmənin əsasını təşkil edir. “Qalıqlı bölmə” mövzusunun təlimini aşağıdakı plan əsasında təşkil etmək olar:
1)Hesab əməli kimi vurma və bölməni təkrar etmək;
2)Vurma və bölmə əməlləri arasında əlaqənin və bu əməllərin komponentləri ilə nəticəsi arasındakı əlaqənin təkrar edilməsi;
3)Konkret verilən ədədə görə ona bölünən ədədlər ardıcıllığının yazılması
Qalıqlı bölməyə əvvəlcə praktik şəkildə-say çöplərini(10 çöpü) 3şagird arasında bərabər bölmə ilə nümayiş etdirmək olar. Nəticədə 1 çöp artıq qalır. Sonra 11 çöpü 3 şagird arasında bərabər paylanır və 2çöp artıq qalır. Nəhayət 12 çöp bərabər paylanır və qalıq qalmır. Bu yazıları müşahidə etdikdən və hər birini şagirdlər təkrar etdikdən sonra,bu nəticəyə gəlinirki: bölən 3 ədəddirsə,onda alınan qalıqlar ancaq 0,1 və ya 2 ola bilər. Sonra müəllim 1-dən 16-ya qədər ədədlərdən 3ə böldükdə qalıqda 1 alınan ədədləri seçin deyəcek. Bundan sonra 1-dən 17-yə qədər ədədlərden 3-ə böldükdə qalıq 2olanları yazın deyir. Sonra 1-dən 25-ə qədər natural ədədlər yazilir və bu tapsiriq verilir:
1)3-ə bölünən ədədləri dairəyə alın və hansi yerdə durublar?
2)4-ə bölünən ədədlərin altından xətt çəkin və hansı yerdə durublar?
Beləcə bu nəticəyə gəlinir:
1)1-dən başlayar hər 4-cü ədəd 3ə bölündükdə qalıq 1 olur.
2)1-dən başlayaraq hər 5-ci ədəd 3-ə bölündükdə qalıq 2 olur.
Bölən 2 və 4 olan hallar araşdırılır və bu nəticəyə gəlinir:
1)Bölən 2 olanda,ancaq 1qalıq alına bilər.
2)Bölən 3 olduqda,ancaq 2 qalıq alına bilər.
3) Bölən 4 olduqda ,ancaq 1,2,3 qalıqları alına bilər.
Bu kimi mühakimələrdən sonra ümumi nəticə:
1)Qalıqlı bölmədə alına bilən ən böyük qalıq- böləndən 1 vahid kiçikdir.
2) Qalıqlı bölmədə ən kiçik qalıq sıfırdır. (yəni tam bölünmə alınır )
Qalıqlı bölmə:
1.Tam bölünməyə nisbətən daha geniş və ümumi anlayışdır.
2.4 ədəd iştirak edir: bölünən, bölən,qismət,qalıq
3.Xüsusi yazılışı var: a:b=c ( qalıq r) ,0≤r4. Komponentlərle əməlin nəticəsi və qalıq arasındakı asıllığı göstərən analitik yazılış: a= b×c+r ,0≤r