40.Çoxrəqəmli ədədlərin şifahi və yazılı toplanmasıvə çıxılmasının öyrədilməsi metodikası. 100 dairəsində nömrələnmənin öyrədilməsi prosesində toplama və çıxma əməllərinin icrasına hazırlıq işi görülür. Bir onluq-10, iki onluq-20 və s.Bunun əsasında onluqların toplanmasına aid çalışmalar icra edilir: 20+30=2 onluq +3onluq=5 onluq=50
Şagirdlər ikirəqəmli ədədlərlə tanış olarkən, onun tərkib hissələrini öyrənirlər, ikirəqəmli ədədi mərtəbə toplananları cəmi şəklində və ya iki ədədin cəmi şəklndə yazmağı öyrənirlər.Məsələnn: 58=50+8 və ya 64=62+2 və s. Konkret misallar əsasında şagirdlər ədədin cəmə, cəmin ədədə əlavə edilməsini, ədəddən cəmin, cəmdən ədədin çıxılmasını mənimsəyirlər.Toplama və çıxmanın müxtəlif hallarını ciddi ardıcıllıqla öyrənmək lazımdırş.
1-ci mərhələ: ədədlərin toplanması və çıxılması öyrədilir.
58-4-=(50+8)-40=(50-40)+8=18
2-ci mərhələdə:cəmin ədədə əlavə edilməsi xassəsi və ona əsaslanan çıxma halları öyrədilir. 18-6=(10+8)-6=10+8-6=12
3-cü mərhələ:toplama və çıxmanın xassələrinə əsaslanan üsullar qoşa nəzərdən keçilir 46+8; 46-8; 54+7; 54-7;
Ikirəqəmli mərtəbə ədədlərinin toplanması və çıxılması, on dairəsində toplama və çıxmaya gətirilir. 60+20=6 onluq=2 onluq=8 onluq=80
41. Çoxrəqəmli ədədin birrəqəmli ədədə vurulması və bölünməsinin öyrənilməsi. Şagirdlər:
1.Çoxrəqəmli ədədi birrəqəmli ədədə vurma və bölmə priyomlarını öyrənməli və bilikləri misalların həllində tətbiq etməyi bacarmalıdırlar.
2.20 .(vurulsun) x=120 kimi tənlikləri vurma və bölmə əməlləri arasındakı əlaqəyə və komponentlərlə əməlin nəticəsi arasındakı asılılığa əsasən həll etməyi bacarmalıdır.
3.Hərəkətə aid- (vaxt, məsafə, sürət) məsələləri həll etməyi bacarmalıdır.
4. Ədədi bir neçə dəfə artırıb azaltmağa aid məsələləri həll etməyi bacarmalıdır.
Çoxrəqəmli ədədlərin birrəqəmli ədədə vurulması və bölünməsi fərqli alqoritmlər olduğuna görə hər birini ayrıca keçmək lazımdır. Vurma əməli ilə bağlı bu işləri görmək lazımdır: 1) Vurma əməlinin mənasının aşkar edilməsi 2) vurma cədvəlinin təkrar edilməsi 3) Yerdəyişmə və paylama xassələrinin təkrar edilməsi 4) cədvəldənkənar vurmanın təkrar edilməsi. Vurma əməlini sütun şəklində yazıb həll etmək lazımdır.
Şagirdləri yazılı bölmə alqoritmləri ilə tanış etmək üçün əvvəlcə bölmə əməlinin mənasını, komponentlərin adlarını, qalıqlı bölməni, vurma ilə əlaqəsini təkrar etmək lazımdır. Yazılı bölmə alqoritmi ilə 90-ı 5-ə bölək: ( çubuqlu bölmə ilə yazılır)Qalığın tapılmasına aid yazılı bölmə. Məsələn 98-i 8-ə bölək: ( çubuqlu bölmə ilə yazılır) Bölünən böləndən kiçik olan halda qalığın tapılması: 9 : 5=1 (q 4) və 5 : 9=0 (q 5) müqayisə edilir. İkinci misalın həllində belə mühakimə aparılır: bölünən böləndən kiçikdir, deməli, bölmək mümkün deyil, natamam qismət 0 qalıq isə bölənin özüdür.
Qalıqlı bölmədə bölünən, bölənin, natamam qismətin və qalığın tapılması qaydasının şagirdə öyrədilməsi mühümdür. Bunun üçün qalıqlı bölmədə məchul komponenti tapmaq lazımdır. Qalıqlı bölmədə 4 ədəd iştirak edir, bunlardan ikisi məlum olduqda belə , bölünən, bölən və qalığın xassələrindən istifadə edərək qalan iki məchulu tapmaq olur.