1. Riyaziyyat tədrisi metodikasının məqsəd və vəzifələri


Çoxrəqəmli ədədlərin birrəqəmli ədədlərə bölünməsi



Yüklə 388,38 Kb.
səhifə35/47
tarix23.04.2023
ölçüsü388,38 Kb.
#101781
1   ...   31   32   33   34   35   36   37   38   ...   47
603660512-Riyaziyyat-Umumi-Cavablar-1

Çoxrəqəmli ədədlərin birrəqəmli ədədlərə bölünməsi:
1)Bölünənin yüksək mərtəbə vahidləri sayı böləndən kiçikdir.
1254 : 3=418 ( çubuqlu bölmə ilə yazılır) burada proses belə olur: minliklərin sayı 1-dir, 3-dən kiçikdir, buna görə də 12ni 3-ə bölürük, 4 edir qalıq qalmır, 5-i aşağı yazıb 3ə bölürüq 1 edir qalıq 2 qalır, 4ü aşağıda 2nin yanına yazırıq və 24-ü 3ə bölürük, 8 edir qalıq qalmır.
2)Bölünənin yüksək mərtəbə vahidləri sayı böləndən kiçik deyil.
9115 : 6=1519(q 1) (çubuqlu bölmə ilə yazılır) burda proses: Minliklərin sayı 9dur 6dan böyükdür, böləndə qismət 1, qalıq3 qalır, sonra yüzlük mərtəbəsindəki 1i 3ün yanına gətiririk, 31-i 6-a böləndə 5, qalıq 1 edir, onluq mərtəbəsindəki 1i aşaöı yazırıq,11i 6-a böləndə 1, qalıq 5 edir. 5-i aşağı yazırıq və 55-i 6-a böləndə 9, qalıq 1 edir.
3) Dördrəqəmli ədədi birrəqəmli ədədə böldükdə qismətdəki rəqəmlərdən biri sıfır olur. Bu hallarda şagirdlər bəzən səhvə yol verirlər. 5436 : 9=604 (çubuqlu bölmə ilə yazılır). Bölmənin prosesi: 5 minlik 9a bölünmür, ona görə, 54ü 9a bölürük qismətdə 6 alınır. 3 onluq 9a bölünmür ona görə, 36-nı 9-a bölürük, qismətdə isə onluq mərtəbəsinə 0 yazırıq. 36nı 9-a böldükdə qismət 4 edir və cavab 604 edir. Bəzi hallarda şagird 0-ı yazmır və cavabı 64 olaraq qeyd edir.
42.Çoxrəqəmli ədədlərin onluqlara və yüzlüklərə vurulması və bölünməsi. İkirəqəmli və üçrəqəmli ədədlərə vurma və bölmə
Şagirdlər:
1)Onluqlara və yüzlüklərə şifahi və yazılı vurma qaydalarını bilməli, vurma əməlinin xassələrindən istifadəni bacarmalıdır.
2)10-a və 100-ə qalıqlı bölməni, onluqlara və yüzlüklərə şifahi və yazılı bölməni bilməli və ədədi hasilə bölmə qaydasını misalda tətbiq etməlidirlər.
3)Nisbətlər üsulu ilə dördüncü mütənasib kəmiyyəti tapmağa aid, hərəkətə aid məsələləri həll etməyi bacarmalıdırlar. Vurma halları: 1) ədədin 10-a, 100-ə, 1000-ə vurulması 2) ədədin 30-a, 300-ə, 3000-ə vurulması.
Birinci hal şagirdlərə 100 və 1000 dairəsində məlumdur. Burada 3 növ misal seçilir,hər bir hala aid nəticə çıxarılır və bu xüsusi nəticələr arasında ümumi nəticə çıxarılır. İkinci halda isə ədədin hasilə vurulma qaydasından istifadə edilir. Çoxrəqəmli ədədin onluqlara və yüzlüklərə yazılı vurma halları belə şərh edilir: 3154x20=63080 (alt alta yazılır) İkinci vuruğun təkliklər mərtəbəsi 0-dır və 0-a vurrmadığımız üçün onu alınan hasilin sonunda yazırıq. Sonu sıfırla qurtaran ədədləri vurmaq üçün həmin 0-ları nəzərə almadan, alınan ədədlərin hasilini tapıb sonda hər iki vuruqdakı 0-ların sayı qədər 0 yazmaq lazımdır.

Yüklə 388,38 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin