±5;±6;±7±8;±9 halları: 10 dairəsində ilk 5 ədəddən fərqli olaraq, 6-dan 10-a qədər ədədlərin toplanması və çıxılması hər biri ayrılıqda öyrənilir. Bu halların öyrədilməsində aşağıdakı tələblər ödənilməlidir:
Cəmin yerdəyişmə xassəsinin şüurlu mənimsənilməsi;
Hissə-hissə toplama priyomu və cəmin yerdəyişmə xassəsi haqqında biliyin şagirddə formalaşdırılması;
Toplama ilə çıxma arasındakı əlaqədən istifadə edərək, 8-6, 9-7, 10-6 kimi çıxma hallarının öyrədilməsinə şagirdlərin hazırlanması və s.
6-;7-;8-;9-;10- halları: Bu mövzunun öyrənilməsi metodikasının vəzifələri:
Toplama və çıxma arasındakı əlaqədən istifadə edərək, çıxma priyomunun şüurlu mənimsədilməsi, ədədin tərkibinə əsaslanaraq, çıxma nəticəsinin tapılması;
Şagirdlər 10 dairəsində toplama və çıxmanın cədvəl hallarını və 2-dən 10-a qədər ədədlərin tərkibini əzbər bilməlidirlər;
Cəmi, qalığı, verilən ədəddən bir neçə vahid böyük (kiçik) olan ədədi tapmağa aid məsələ həlli bacarığının möhkəmləndirilməsi;
Nömrələmə biliklərindən istifadə edərək, 20 dairəsində istənilən ədəddən başlayaraq, ədədlər ardıcıllığının göstərilməsi.
Bu misalların həllində didaktik materiallardan (say çöplərindən, cədvəldən, illüstrativ materialdan) istifadə olunur. 7-dən, 8-dən, 9-dan və 10-dan çıxma hallarında da oxşar iş sistemindən istifadə olunur.
30. 100 dairəsində mənfi olmayan tam ədədlərin nömrələnməsinin, toplama və çıxma əməllərinin öyrədilməsi metodikası. 100 dairəsində nömrələmə zamanı şagirdlər ilk dəfə ikirəqəmli ədəd, mərtəbə, mərtəbə rəqəmi, mərtəbə vahidi anlayışları ilə tanış olurlar. 100 dairəsində nömrələmənin əsas vəzifələri:
Şagirdlərin yeni say vahidləri ilə tanışlığı;
Şagirdlərin məktəb anlayışı ilə tanışlığı;
İkirəqəmli ədədlərin oxunması və yazılması;
Rəqəm və ədəd anlayışının oxşar və fərqli cəhətləri.
1-dən 100-ə qədər nömrələmənin öyrənilmə metodları:
Birincisi, 10 dairəsində nömrələmənin öyrənilməsi sonrakı mövzu üçün hazırlıq vəzifəsini yerinə yetirir. Bu zaman şagirdlər 100 dairəsində nömrələməni asan qavrayır.