1. Say sistemlərinin yaranması və inkişafı


Tərif: Ədədlərin adlandırılması, işarə edilməsi və yazıl­ması sisteminə say sistemi deyilir. 2.Müvqesiz və mövqeli say sistemləri



Yüklə 76,81 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü76,81 Kb.
#35826
1   2   3   4   5
Riyaziyyat mühazirə-4

Tərif: Ədədlərin adlandırılması, işarə edilməsi və yazıl­ması sisteminə say sistemi deyilir.

2.Müvqesiz və mövqeli say sistemləri

Müxtəlif say sistemləri vardır, lakin ədədlərin işarə edilməsindəki rəqəmlərin tutduğu mövqedən asılı olaraq say sistemləri iki növ olur.



  1. Mövqesiz say sistemi;

  2. Mövqeli say sistemi.

İlk əvvəl mövqesiz say sistemi meydana gəlmişdir. Möv­qesiz say sistemləri misirlilər, romalılar və yunanlar tərəfindən yaradılmışdır. Bütün xalqlarda və dövrlərdə ədədlərin müxtəlif işarələrlə yazılmasını üç yerə bölmək olar.

  1. Ədədlərin heroqliflər və şərti işarələrlə göstərilməsi;

  2. Ədədlərin əlifbanın baş hərfləri ilə işarə edilməsi;

  3. Ədədlərin əlifba sırası ilə hərflərlə işarə edilməsi.

Misirlilər hələ 40 əsr bundan əvvəl 1, 10 , 100 və s. ədəd­lərin yazılışında aşağıdakı heroqliflərdən istifadə etmişdilər.

1

10

100

1



C

Misirlilər bu heroqliflərdən istifadə edərək 145 ədədini C     I I I I I və ya C   I I  I I I

kimi, 34 ədədini    I I I I və ya   I I  Ы Ы kimi yaz­mış­lar. Göründüyü kimi, ədədlərin belə yazılışında hər bir işarənin (heroqlifin) qiyməti onun vəziyyətindən (yerin­dən) asılı deyil.

Ona görə də belə say sistemlərinə mövqesiz say sis­tem­ləri deyilir.

Romalılar da mövqesiz say sistemi kəşf etmişdir. Onlar bu işi bir az da təkmilləşdirmişdir. Roma rəqəmlərinin sayı 7 –dir.



1

V

X

L

C

D

M

1

5

10

50

100

500

1000

Təqribən 2220 il bundan əvvəl qəbul edilmiş bu işa­rə­lər­lə yazılış qaydalarını da müəyyən etmişlər. Belə ki, əgər ki­çik ədədi göstərən işarə böyük ədədi göstərən işa­rə­dən sağ­da yazılıbsa onun üzərinə əlavə edilir, solda yazıl­dıq­da isə ondan çıxılır.

Məsələn, C XXVII = 100 + 20 + 5 + 1 + 1 = 127 kimi,

C X L IV = 100 + (50 – 10) + (5 – 1) = 144 kimi oxunur.

Bu, mövqesiz say sistemində ədədlərin yazılışında isti­fa­də olunan işarələr barmaqlar və əl üzərində hesab­la­ma­lar­la əlaqədardır.

I işarəsi 1 barmaq, V işarəsi 5 barmaq, X işarəsi 10 bar­ma­ğı göstərir. 100 ədədini işarə edən C hərfi latınca “Centum-yüz” sözünün, 1000 ədədinin işarəsi olan M hərfi isə latınca “mille – min” sözünün baş hərfləridir.

Qədim yunanlar da özlərinin mövqesiz say sistemini yaratmışlar. Onlar 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 ədədlərini yunan əlifbasının ilk doqquz hərfi ilə, 10 , 20, 30, 40, 50, 60, 70, 80, 90 və

100, 200, 300, 400, 500, 600, 700, 800, 900 ədədlərini digər hərflərlə aşağıdakı kimi işarə etmişlər.


1

2

3

4

5

10

20

30

40

50






















вя с

100

200

300

400

500











Məsələn, yunanlar 432 ədədini  kimi işarə edirdilər.




Yüklə 76,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin