1. Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri: qabiliyyətlər



Yüklə 134,17 Kb.
səhifə36/37
tarix29.10.2022
ölçüsü134,17 Kb.
#66745
1   ...   29   30   31   32   33   34   35   36   37
1. xsiyy tin f rdi-psixoloji x susiyy tl ri qabiliyy tl r

Psixoanalitik nəzəriyyə. Freydə görə,insanların davranışını istiqamətləndirən iki əsas aparıcı qüvvə var. Bu,seksuallıq və aqresivlikdir(təcavüzkarlıq). Freyd cəmiyyət tərəfindən xoş qarşılanmayan və bastırılmağa çalışılan bu iki impulsun şüuraltına itələndiyini iddia edir. Beləliklə,fərd təzyiqdən azad olur. Şüuraltına atılan bu istək və çağırışlar,şüurlu səviyyədə olmasa da,fərdin davranışına təsir göstərməyə davam edir. Psixoanalitik nəzəriyyə, şüuraltıya atılan bu istəkləri ifadə edən sürüşmələri və unutmağı qəbul edir. Freydə görə şəxsiyyət üç əsas quruluşdan ibarətdir:id ego superego.
id-alt mən, eqo-mən, süper eqo-üst mən. Freyd idi şüursuzluq, eqonu şüurluluq, süpereqonu isə yüksək şüurluluq kimi görür. Ona görə, iddə yalnız sıxışdırılmış şüuraltı instinktlər hökmranlıq edir və onlar həzz prinsipinə tabe olur. Eqo (mən) və süpereqo (üst mən) insanın təməl sistemi olan iddən bütün gücünü alır.Freyd id, eqo və süpereqo arasındakı tarazılğın toplumdakı əxlaqi tarazlığı təmin etdiyini önə sürmüşdür. Freydə görə, insan psixikası üç qatdan ibarətdir: 1. şımraltif 2. şüuröncəsiy 3. şüur. Ona görə, şüur altı insanın varlığını bilmədiyi, lakin insanın davranışına təsir göstərən motivlərdən təşkil olunmuşdur. Arzular, fikirlər, affektlər və s. burada toplanır. Şüuröncəsi qatda elə psixi hadisələr toplanır ki, onlar şüuraltı ilə şüur arasında keçidi təşkil edir, qismən anlaşılır, qismən anlaşılmır. Şüur səviyyəsində isə hər şey açıq-aydın anlaşılır. Freyd şüuraltı ünsürləri “libido** adlandırırdı. Freyd göstərirdi ki, qarşısı alman instinktlər yox olmur, onlar insanı narahat edir və psixi xəstəliklər yaradır.Freydə görə, yuxular idin arzularını yerinə yetirmə vasitəsidir. O, söyləyirdi ki, həyatda reallaşa bilməyən arzu və istəklər yuxuda reallaşır. Elə yuxu vasitəsi ilə də insan öz daxili gərginliyindən azad olur. Freyd “Yuxugörmənin şərhi” adlı əsərində insan psixologiyasını bir aysberqə bənzətmişdir. Aysberqin görünən hissəsi insanın varlığını bildiyi, dərk etdiyi düşüncələr, motivlərdir. Aysberqin görünməyən hissəsi isə onun varlığını bilmədiyi, dərk etmədiyi, ancaq davranışlarına təsir göstərən motivlərdir. İdin bütün hissəsi şüuraltmda qalır. İd davamlı olaraq istək və arzularını təmin etməyə çalışır.Freydə görə, eqo məntiqli düşünmə və gerçək dəyərləndirmələr etmə xüsusiyyətinə sahibdir. İnsanı idarə etmə vasitəsi olub idin arzu və istəklərinin hansı səviyyədə, necə təmin ediləcəyinə qərar verir. Eqo idin istəklərindən cəmiyyət tərəfindən qəbul edilənlərin şüur səviyyəsinə çıxmasına icazə verdiyi halda, digərlərini basdırma mexanizmasmdan istifadə edərək şüuraltmda həbs edir. Eqo id və süpereqonun təzadlı istəklərini əlaqələndirməyə çalışır.Süpereqo uşağa ailəsi və cəmiyyət tərəfindən mənimsənilən dəyərləri, əxlaqi normaları və adət-ənənələri təmsil edir.Süpereqo uşağın böyüklər ilə olan ünsiyyəti nəticəsində inkişaf edir və sosial qadağaları əhatə edir. Cəmiyyətin qayda-qanunlan süpereqo yolu ilə şəxsiyyətin bir parçası halma gəlir. Beləliklə, insan ətrafda onu müşahidə edənlərin olmadığı şəraitdə də öz- özünün nəzarətçisi, müşahidəçisi olaraq cəmiyyətin əxlaq normalarına əməl edir.İd, eqo və süpereqodan hər hansı birinin daha çox təsir etməsi insanların davranış və düşüncələrini dəyişir.

Yüklə 134,17 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin