1. Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası fənninin məzmunu,məqsədi və xüsusi təhsildə yeri


Azərbaycan təsviri incəsənətin inkişafı



Yüklə 165,89 Kb.
səhifə3/42
tarix09.01.2022
ölçüsü165,89 Kb.
#51129
1   2   3   4   5   6   7   8   9   ...   42
təsviri incəsənət imtahan cavabı (1)-1

3. Azərbaycan təsviri incəsənətin inkişafı

Azərbaycanda təsviri incəsənətin inkişafı

• Ən qədim dövr incəsənəti (ibtidai icma dövrü)

• Qədım dövr incəsənəti (ilk alban dövrü)

• İlk orla əsrlər incəsənəti (inkişaf etmiş alban dövrü)

• Orta əsrlər incəsənəti (XI-XVIII əsrlər)

• Yeni dövr incəsənəti (XIX-XX əsrlər)

• Ən yeni dövr incəsənəti (XX əsnn sonu XXI əsr)

Azərbaycan incəsənəti çox qədim və zəngin inkişaf tarixinə malikdir

Ən qədim dövr abidələrinə Azərbaycanın əsasən Qobustan, Füzuli, Qəbələ, Mingə¬çevir, Gədəbəy, Naxçrvan, Xanlar və s. bu kimi ərazilərində rast gəlinir. Ən qədim dövrə aid olan sənət nümunələrindən - qayaüstü yazı və təsvirlər, mağara və siklopık tikililər, müxtəlif matenallardan olan insan və heyvan fiqurları (daşdan, sümükdən və s ). qədim tikililər, məişət və bəzək əşyaları, ov və əmək alətləri, silah növləri, qəbirüstü abidələr və kurqanlar, qədim məbədlər və s. göstərmək olar Bu dövrə aid olan sənət nümunələrinin hazırlanmasında əsasən daş. sümük, ağac, gil, tunc, mis və s. bu kimi materiallardan istifadə olunmuşdurur.

Sənətşünaslar qədim dövrdə Azərbaycanda incəsənətinin inkişafını 3 böyük mərhə¬ləyə ayınrlar:

1. Alban dövründən əvvəlki incəsənət (e ə. IV əsrə qədər)

2. Alban dövrü incəsənətinin ilk klassik mərhələsi (e.ə. IV - e. I əsri).

3. Alban dövrü incəsənətinin ikinci inkişaf mərhələsi (I - VII əsrlər)

Bu dövrə aid sənət nümunələrini öyrənərkən Azərbaycanda qədim dövrdə yaşamış sənətkarlann daha çox məişət şəraitində varislik prinsipi əsasında nəsildən-nəslə keçən ənənələrlə Vö ya emalatxanalarda kütləvi surətdə fəaliyyətini öyrənirik.

Qədim dövr incəsənətində və ilk orta əsrlərdə Azərbaycanda incəsənətin inkişafını biz əsasən alban dövrünün incəsənət nümunələri əsasında öyrənirik ki. bu da dini təfəkkürlərin inkişafı, xristianlığın yayılması ilə daha çox bağlıdır. Bu dövrdə yaradılmış bir çox memarlıq nümunələrim bədnam qanşularımız böyük məkirliklə öz tarixi sənət nümunəjprı kimi təqdim etməyə çalışsalarda alimlərimiz elmi araşdırmalarla, dəlillərlə bu memarlıq nümunələrinin məhz bizim xalqımıza aid olduğunu sübut etmişlər Qədim alban memarlıq nümunələrinə Azərbaycanın Qarabağ. Qax. Şəki. Balakən. Gəncə və s.bu kimi ərazilərində daha çox rast gəlinir. Bu dövrdə Azərbaycanda kermika, dulusçuluq, şüşə və parça istehsalı, xalçaçılq. misgərlik və s bu kimi sənət sahələri də çox yüksək səviyyədə inkişaf etmişdir. Çox maraqlıdır kı. qədim dövrə aid keramika nümunələrinə Zaqafqaziya ərazisində yalnız Azerbaycanın müxtəlif bölgələrində rast gəlinmişdir (VII-IX)

Araşdırmalar göstənr ki. bu dövrdə yaradılmış keramika, şüşə, xalça, parça, mıs və s matenallanndan olan sənət nümunələri tacirlər tərəfindən dünyanın müxtəlif yerlərinə aparılmış və dünya bazarlarında geniş şöhrət tapmışdır.

VIII-IX əsrlərdə Azərbaycan incəsənətinin inkişafında memarlığın inkişafı daha çox diqqəti cəlb edir İslam dininin yaranması və yayılması nəticəsində bir çox dini tikililər, mədrəsələr, karvansaraylar və s. sürətlə inkişaf etmişdir.

XI-XV əsrlər Azərbaycan tarixinin ən mürəkkəb və ən zəngin dövrləridir. Belə ki, bu dövrdə Azərbaycan dəfələrlə ərəblərin, monqollann dağıdıcı hücumlanna məruz qalmışdır. Azərbaycanın inkişaf etmiş şəhərləri, mədəniyyət ocaqları dəfələrlə dağıdılmış, yandınlmış. talan edilmişdir. Bu cür hücumlar ^ləhcəsində düşmənlər xalqımızın mədəni sərvətlərini dağıtmaqla yanaşı gözəl, istedadlı sənətkarlan qul kimi özləri ile aparmışlar. Bütün bunlara baxmayaraq, bu dövrün Azərbaycan incəsənətinin qızıl dövrü sayılır Bu dövrdə bir sıra görkəmli şəxsiyyətlər vardır. Bunlara misal olaraq dahi şair N.Gəncəvi, X.Təbrizi. N.Tusi və s. bu kimi görkəmli şəxsiyyətləri göstərmək olar.

Orta əsrlərdə tikilmiş memarlıq abidələrinə misal olaraq Yusif ibn Küseyr türbəsi, Möminə Xatun türbəsi. Qırmızı günbəz, Qız qalası. Nardaran qalası və s. göstərmək olar.

XIV-XV əsrləri tədqiqatçılar 2 böyük tarixi mərhələyə bölürlər

I mərhələ. IX-XII əsrləri əhatə edir. Bu zaman Azərbaycanda iki müstəqil dövlət mövcud olmuşdur. Onlardan biri Şirvanşahlar, digəri isə Eldənizlər dövləti olmuşdur. Hər iki dövlət arasında dini, siyasi, iqtisadi və mədəni yaxınlıq olmuşdur.

II mərhələ XIII-XV əsrəri əhatə edir. Bu dövrdə tariximiz monqol istilasına məruz qalmışdır. Digər tərəfdən. XIV-XV əsrlərdə Azərbaycanda ardı-arası kəsilməyən feodal münasibətləri olmuşdur. Bu dövrdə Azərbaycan sənətkarlan təsviri-incəsənətin əsasən memarlıq və dekorativ tətbiqi sənət sahləri üzrə çox qiymətli sənət nümunələri yaratmışlar. Hətta arxeoloji qazıntılar göstərir ki, xalçaçılıq, parça istehsalı, ipəkçilik çox inkişaf edərək böyük sexlən olan emalatxanalarda istehsal oolunmuşdur ki. bu da sənaye istehsalının ilkin mərhələsini xatırladır. Orta əsrlər Azərbaycan incəsənətində miniatür boyakarlığının inkişafı xüsusi əhəmiyyət kəsb etmişdir. Bu dövrdə yaranmış sənət nümunələri Avropada. Rusiyada çox böyük şöhrət qazanmışdır.

Miniatür sənət inkişafını 3 böyük mərhələyə bölürlər:

1. Monqol dövrü (XIII-XIV əsrlər)

2. Teymurçilər dövrü (XV esr)

3. Səfəviler dövrü (XV-XVII əsrier)

XIX-XX əsr Azərbaycan təsviri incəsənəti

XIX əsrin əvvəllərində təsviri incəsənətin müxtəlif sahələri üzrə peşəkar sənətkarların yetişməsinə lazımi şərait yaradılmamışdır. Lakin buna baxmayaraq, ayrı-ayrı sənətkarlar Tiflisdə, Rusiyada, xarici dövlətlərdə rəssamların emalatxanalarında fəaliyyət göstərmiş, təhsil almış və sənət nümunələri yaratmışlar.

Ümumiyyətlə. XX əsr Azərbaycan təsvin incəsənətinin inkişafı müxtəlif mərhələlərə bölünür:

I mərhələ - İnqilabdan əvvəlki dövr.

II mərhələ - İnqilabdan sonrakı dövr.

III mərhələ - Böyük Vətən müharibəsi illəri (1941-1945).

IV mərhələ - Böyük Vətən müharibəsindən sonrakı sosializm quruculuğu dövrü (1945-1990).

V mərhələ - Yeni dövr incəsənəti (Azərbaycan Respublikası müstəqil dövlət yaratdığı dövr 1990...).

1932-ci ildə Sovet hökumətinin qəran ilə ədəbiyyat və incəsənət təşkilatlarının yara¬dılması Azərbaycanda təsviri incəsənətin inkişafında da çox böyük rol oynadı. Bu qərar¬dan sonra Bakıda Azərbaycan Sovet Rəssamlan İttifaqının təşkilat komitəsi yaradıldı. Çox maraqlıdır ki, burada sənətkarlara yaradıcılıq fəaliyyəti üçün yalnız sosializm idealogiyasını əks etdirən yaradıcılıq fəaliyyəti istiqaməti müəyyənləşdirilmişdir. Bundan sonra Azərbaycanda bu ittifaq tərəfindən müxtəlif mövzularda tez-tez təşkil olunan sərgilər təbliğat xarakteri daşıyan sənət nümunələrinin yaradılmasına, boyakarlıq, heykəltəraşlıq, qrafika kimi təsviri sənət sahələrində bir çox sənətkarların fəaliyyət göstərməsinə səbəb oldu.

Bu dövrdə sənətkarlar təsviri incəsənətin müxtəlif növlərində (boyakarlıq, heykəltə¬raşlıq, qrafika) portret əsərləri, tematik tablolar, notrumortlar, mənzərə təsvirləri, tarixi və botal janrlarda çox qiymətli sənət nümunələri yaratmışlar.

Azərbaycanın XX əsrdə fəaliyyət göstərmiş ən görkəmli dahi rəssamlarından biri də Səttar Bəhlulzadədir. Onun yaratdığı əsərlərdə doğma təbiətə onun gözəlliklərinə dərin məhəbbət tərənnüm olunur. O, öz əsərləridə realist üslubda yüksək peşəkarlıqla əsərlər yaratmaqla yanaşı Lirik romantik üslubda da çox dəyərli heyrətamiz əsərlər yaratmışdır Onun yaratdığı əsərlərə misal olaraq “Torpağın həsrəti’, ’Xəzər gözəli’, ’Kəpəzin göz yaşları’, ’Qudyal çay sahilində","Qızbənövşəyə gedən yol","Abşeron narı"."Corat qovunu' və s. bu kimi əsərlərini göstərmək olar.

Azərbaycanın xalq rəssamı Mikayıl Abdullayevin yaradıcılığı müxtəlif sahələri əhatə edir. Təsviri incəsənətin əsasən monumental növündə fəaliyyət göstəıən rəssam çox qiymətli mozaika nümunələri (Nizami metrosunda) yaratmışdır. Rəssam «Axşam», «Səadət quranlar», «Mingəçevir işıqları”. «Sevinc». “Racəstan qadınları” silsiləsi və s. bu kimi mövzularda çox dəyərli tablolar yaratmışdır. «Sevinc» tablosuna görə rəssam SSRİ Rəssamlıq Akademyasının gümüş mükafatına layiq görülmüşdür.

Azərbaycanın xalq rəssamı Tahir Salahovun yaradıcılığında sadə əmək adamları çox dinamik və hərəkətli təsvir olunmaqla bərabər, görkəmli şəxsiyyətlərin porotret təsvirlərinə də geniş yer verilimişdir. Onun yaratdığı əsərlərə misal olaraq, «Səhər qatan”, «Növbədən qayıdanlar”. «Təmirçi», «Qara Qarayevin portreti”, «Fikrət Əmirovun portreti”, «Şestakoviçin portreti” və s. bu kimi əsərləri göstərmək olar. Dahi bəstəkar «Qara Qarayevin portreti” əsərinə görə rəssam 1952-ci ildə SSRİ Rəssamlıq Akademyasının gümüş mükafatına layiq görülmüşdür.

Azərbaycanın XX əsrdə fəaliyyət göstərmiş ən görkəmli sənətkarlarından biri də dahi rəssam Səttar Bəhlulzadədir. Onun yaratdığı əsərlər realizm üslubundan bir qədər kənara çıxaraq, insanın psixologiyasının, daxili aləminin xüsusiyyətlərini özündə əks etdirir. Rəssamın əsərlərində Azərbaycan torpağına, onun incəsənətinə, mədəniyyətinə dərin məhəbbət hissi tərənnüm olunur. S.Bəhlulzadənin yaratdığı əsərlərə misal olaraq «Xəzər gözəli», « Kəpəzin göz yaşlan», «Qız bənövşəyə gedən yol», «Tut ağaclan». «Qudyalçay sahilində». «Corat qovunu». «Çiçəkləyən bağ». «Torpağın arzusu» və s. bu kimi əsərləri göstərmək olar.


Yüklə 165,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin