1. Texniki diaqnostikanın əhəmiyyəti və məqsədi


Qısaqapanma müqavimətinin ölçülməsi metodu



Yüklə 69,46 Kb.
səhifə7/18
tarix22.05.2022
ölçüsü69,46 Kb.
#58971
1   2   3   4   5   6   7   8   9   10   ...   18
C fakepathC fakepathC fakepathDiaq mühaz.

Qısaqapanma müqavimətinin ölçülməsi metodu aşağıdakı prinsipə əsaslanmışdır. Bu zaman, dolaqlardan birinin çıxışlarını qısa qapayaraq, digərindən keçən cərəyan ölçülür. Ölçmə sənaye tezlikli üç fazalı gərginliyin təsirlənən dolağa verilməsində aparılır. Bu zaman, ikinci dolaq mis naqil ilə qapanır. Alınmış nəticələr baza qiyməti ilə müqayisə edilir. Qeyd etmək lazımdır ki, bu metodda diaqnostik parametr Zq nin nisbi qiymətidir.

Burada müqavimətin baza qiymətidir. Baza qiyməti transformatoru istismara daxil etdikdə quraşdırılma yerində müqavimətin ölçülən qiymətidir. Əgər o olmazsa, bu zaman nin qiyməti transformatorun passport verilənləri əsasında tapılır.

dolağın gərginlik və cərəyanının nominal faz qiymətləridir. Uk(%) qısaqapanma gərginliyinin passport qiymətidir. Qısaqapanma müqavimətinin dəyişməsinin sərhəd qiyməti passport verilənləri ilə tapıldıqda isə 5% kimi normativ artır.
Vibrasion müayinə metodu gərginliyi 35 kV və yuxarı olan güc transformatorlarında tətbiq olunur. Bu müayinə həm işçi vəziyyətdə, həm də qeyri-işçi vəziyyətdə aparıla bilər. Vibrasion müayinə güc transformatorunun çənlərində və yağ nasoslarında aparılır. Müayinənin məqsədi dolaqların pressirovkasının vəziyyətini müəyyən etməkdir. Vibrasion müayinə transformatorunun aktiv hissəsinin və yağ nasoslarının texniki vəziyyətini, yüksək titrəyişin səbəbini operativ olaraq müəyyənləşdirməyə və həm transformatorun, həm də onun ayrı-ayrı hissələrinin nasazlığının tendensiyasını öncədən aşkar etməyə imkan verir. Transformatorun aktiv hissəsinin texniki vəziyyətinin vibrasion diaqnostikasının bir neçə metodu var: 1) transformatorun çəninin divarlarında vibrasiyanın səviyyəsinin ölçülməsi metodu; 2) vibrodiaqnostikanın spektral metodu; 3) dolaqların pressirovkasının nəzarətinin tezlik metodu.

9. Dielektrik itki bucağının ölçülməsi
Avadanlığın izolyasiyasının vəziyyətini müəyyən etməyin geniş yayılmış üsullarından biri dielektrik itki bucağının( ) ölçülməsidir. Məlum olduğu kimi bucağı izolyasiyaya dəyişən gərginlik tətbiq olunduqda ondan keçən cərəyanın aktiv mürəkkəbəsinin reaktiv mürəkkəbəsinə nisbətidir.

Aktiv mürəkkəbə qızma və ionlaşma ilə əlaqədar aktiv itkilərə, reaktiv mürəkkəbə isə tətbiq olunan gərginliyin hər periodunda kondensatorun dolub-boşalması ilə əlaqədardır. Aktiv cərəyan izolyasiyanın vəziyyət göstəricisi kimi istifadə oluna bilər. Belə ki, izolyasiyanın bütün daxili qüsurları və onun nəmliyi bu cərəyanı artırır. Lakin onun qiyməti avadanlığın ölçülərindən və gücündən də asılıdır. Ona görə də izolyasiyanın vəziyyətini qiymətləndirmək üçün cərəyanın mürəkkəbələrinin nisbətindən istifadə olunur. İzolyasiyanın vəziyyəti qənaətbəxş olan istənilən avadanlıqlar üçün bu nisbət eyni olacaq və yalnız qüsurlar və ya nəmlik olan hallarda reaktiv mürəkkəbəyə nisbətən aktiv mürəkkəbənin böyük dəyişmələri zamanı dəyişəcək. Transformatorların və yüksək gərginlik girimləri izolyasiyaların vəziyyətini qiymətləndirmək üçün nın ölçülməsi geniş tətbiq olunur. Ölçmələri temperaturda aparmaq məsləhət görülür.

Yüklə 69,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin