1. Texniki diaqnostikanın əhəmiyyəti və məqsədi


İzolyasiyanın yüksək gərginliklə sınağının ümumi məslələri



Yüklə 69,46 Kb.
səhifə8/18
tarix22.05.2022
ölçüsü69,46 Kb.
#58971
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
C fakepathC fakepathC fakepathDiaq mühaz.

10. İzolyasiyanın yüksək gərginliklə sınağının ümumi məslələri
Əsas və sarğılararası izolyasiyalarda ilkin yoxlamalar və ölçmələr zamanı müəyyən olunmayan kobud və toplu qüsurları aşkar etmək üçün onların yüksək gərginliklə sınaq əsas sınaq forması olub, bundan sonra istismar şəraitində avadanlığın normal işinin mümkünlüyü haqqında fikir yürütməyə imkan verir. Yalnız izolyasiyanın vəziyyəti ilkin olaraq yoxlandıqdan sonra və bu zaman nəticələr qənaətbəxş olarsa, sınaq işləri aparılır. İzolyasiyası yağ içərisində yerləşən aparatlar üçün isə ancaq yağın analizinin nəticələri müsbət olduqda sınaq aparılır. Sınaq gərginliyin qoyulmuş səviyyəsi toplu kobud qüsurları olan izolyasiyanın deşilmə gərginliyinə uyğun gəlir. Sınaq gərginliyinin səviyyəsi izolyasiya üçün deşilmə gərginliyinin səviyyəsindən aşağı olmalıdır və 0,75 Usın. zav. təşkil edir. Bu da onunla izah olunur ki, sınaq zamanı normal işə təsir etməyən qüsurlar təhlükəli həddə inkişaf etməsin və bu halda istismar zamanı onun elektrik möhkəmliyi azalmamalıdır. Sınaq gərginliyi kimi adətən 50 Hs sənaye tezlikli gərginlikdən istifadə olunur, zavod şəraitində isə 330 kV və yuxarı gərginlikli elektrik avadanlığının sınağı bəzən 100 Hs və daha yüksək tezliklə aparılır. Sınaq gərginliyinin tətbiq olunan müddəti onun vaxtından əvvəl köhnəlməsinin qarşısını almaq nöqteyi-nəzərindən məhdudlaşır: əsas izolyasiya üçün 1 dəqiqə, sarğılararası izolyasiya üçün 5 dəqiqə. Yüksək gərginliklə sınaq həm də düzləndirilmiş cərəyanla aparılır. Düzləndirilmiş cərəyanla sınaq böyük güclü elektrik maşınlarının, açar boşaldıcılarının və güc kabellərinin izolyasiyasılarını yoxlamaq üçün aparılır. Düzləndirilmiş gərginliklə sınağın çatışmayan cəhəti izolyasiya qatlarında onun qeyri-bircinsliyi üzündən gərginliyin qeyri-bərabər paylanmasıdır və onun ayrı-ayrı hissələrinin keçiriciliyindən asılı olmasıdır. Lakin düzləndirilmiş gərginliyin həm də üstün cəhətləri var: düzləndirilmiş gərginlik izolyasiya üçün daha təhlükəsizdir və sınaqlar zamanı izolyasiyanın vəziyyətinin qiymətləndirilməsinin əlavə kateqoriyası olan sızma cərəyanını ölçməyə imkan verir və sınaq zamanı istilik deşilməsinin inkişafı haqqında xəbərdarlıq edir. Düzləndirilmiş gərginliklə sınaq müddəti daha uzun müddətlidir və 10-20 dəqiqə təşkil edir. Bu hissə sınaqlar zamanı deşilmələri aşkarlamaq üçün avadanlığın izolyasiyasını daha diqqətlə yoxlamağa imkan verir.


Yüklə 69,46 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin