1. Texniki diaqnostikanın əhəmiyyəti və məqsədi


Stator nüvəsində baş verən nasazlıqların diaqnostikası



Yüklə 69,46 Kb.
səhifə11/18
tarix22.05.2022
ölçüsü69,46 Kb.
#58971
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
C fakepathC fakepathC fakepathDiaq mühaz.

14. Stator nüvəsində baş verən nasazlıqların diaqnostikası
Stator nüvəsində baş verən nasazlıqlar aşağıdakı fəsadlara gətirib çıxara bilər: 1) Stator nüvəsinin lövhələri arasında izolyasiya təbəqəsinin zədələnməsi nəticəsində əmələ gələn qızma. İstehsal edilən zaman stator nüvəsinin metal lövhələri izolyasiya təbəqəsi ilə örtülməklə bir-birinə preslənir. Elektrik maşınlarının istismarı zamanı bu preslənmənin zəiflənməsi nəticəsində vibrasiyalar müşahidə olunur ki, bu da izolyasiya təbəqəsinin qızmasına və dağılmasına səbəb olur. 2) Stator nüvəsinin birləşmiş hissələrinin boşalması nəticəsində statorun ölçüləri dəyişə bilər. Bu zaman rotorla statorun toxunması baş verə bilər. Arzuolunmaz vibrasiyaların əmələ gəlməsinə yol açan stator nüvəsinin lövhələrarası boşalmalar elektrik maşınlarının korpusuna quraşdırılmış xüsusi sensorlar vasitəsilə kontrol edilir. Lövhələr arasındakı izolyasiya təbəqəsinin daxili qızması onun dağılmasına səbəb olur. Daxili qızmaya nəzarət etmək məqsədi ilə ya statorun polad nüvəsində yerləşdirilən termik sensorlardan, ya teplovizorlardan, ya da xüsusi termo-indiqator örtüklərdən istifadə edilir. Termo-indiqator örtüklər eletrik maşınlarının qızma ehtimalı nisbətən yüksək olan hissələrinə çəkilir. Qızma müəyyən temperatur həddini aşdıqda bu örtüklərdən qaz və aerozollar ayrılmağa başlayır və onlar kimyəvi analiz zamanı aşkar edilir. Maşınların müxtəlif hissələrinə müxtəlif kimyəvi tərkibə malik örtüklər çəkilir. Bu nəinki maşında baş verən qızmaları aşkar etməyə, həm də onların mənbəyini müəyyənləşdirməyə imkan verir. Bəzi hallarda maşının qızma təhlükəsi olan hissələrinə termo-həssas etiketlər yerləşdirilir. Bu etiketlər yerləşdiyi hissədə nominal qızma temperaturundan artıq qızma baş verdikdə rəngini dəyişir. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, stator dolağının izolyasiyasının dağılmasının əsas səbəblərindən biri sarğıların birləşmə hissəsində əmələ gələn qısaqapanmalardır. Buna görə də bu sahədə aparılan araşdırmaların böyük bir qismi bu tip xətaların istismar zamanı erkən müəyyənləşdirilməsinə yönəldilir.

Yüklə 69,46 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin