1. Texniki diaqnostikanın əhəmiyyəti və məqsədi


Rotorda baş verən nasazlıqların diaqnostikası



Yüklə 69,46 Kb.
səhifə12/18
tarix22.05.2022
ölçüsü69,46 Kb.
#58971
1   ...   8   9   10   11   12   13   14   15   ...   18
C fakepathC fakepathC fakepathDiaq mühaz.

15. Rotorda baş verən nasazlıqların diaqnostikası
Rotorda baş verən nasazlıqlar istiliyin, elektromaqnit qüvvəsinin, elektromaqnit səs və vibrasiyaların, mərkəzdənqaçma qüvvəsinin və birləşmə hissələrindəki boşalmaların təsirindən baş verir. Rotorun nasazlıqlarının diaqnostikası metodlarını 3 qrupa bölmək olar: siqnala, modelə və məlumata əsaslanan diaqnostika metodları. Siqnala əsaslanan diaqnostika metodlarında rotorda baş verən nasazlıqlara həssas olması səbəbindən stator cərəyanlarından ölçü vasitəsi kimi istifadə olunur. Bununla yanaşı stator cərəyanı elektrik maşınının nasaz və normal iş rejimləri arasındakı fərqə görə məlumat almağa imkan verir. Stator cərəyanının tezliyin analizi əsasında diaqnostika aparılır. Bu metod sadə və müxtəlif istismar şəraitində effektiv olması səbəbi ilə ən geniş tətbiq olunan metoddur. Modelə əsaslanan diaqnostika metoduna görə rotorda əmələ gələn nasazlıqları həm cərəyan, həm də gərginlik ölçmələri aparmaqla həyata keçirmək olur. Gərginliyi və cərəyanı ölçməklə elektromaqnit fırlanma momentinin ani qiymətini müəyyən edirlər və bu metod vasitəsilə ətalət və yük səviyyəsindən asılı olmayan diaqnostika göstəricilərini əldə etmək olur. Məlumata əsaslanan diaqnostika üsulu siqnala və modelə əsaslanan metodlardan fərqli olaraq elektrik maşınının parametrləri və modeli haqqında dəqiq məlumat tələb etmir. Nasazlıqların dərəcəsini müəyyən etmək üçün yeganə tələb olunan informasiya elektrik maşınının normal və həssas hallarındakı parametrlərdir.
16. Korpusun və dayaq hissələrinin diaqnostikası
Mexaniki nasazlıqların aşkarlanması və onların növünü və yerləşdiyi konkret yeri tapılması məsələsi elektrik mühərrik sistemlərində ən çətin problemlərdən biridir. Bunları vibrasiya və akustik səs sistemləri ilə müəyyən etmək olur. Mexaniki nasazlıqlar həm də fırlanma momentinə və əsas elektrik parametrlərinə də təsir etməklə özünü büruzə verir. Elektrik maşınlarında mexaniki nasazlıqlar cərəyan dəyişmələrinə həssasdır. Gövdə yastıqlarında və dayaq hissələrində aşağıdakı nasazlıqlar müşahidə olunur: 1) Elektrik maşınının gövdəsində impulsiv təkanlar müşahidə olunur. Maşının fırlanma tezliyindən asılı olaraq bu təkanlar da müəyyən tezliklərlə təkrarlanır. 2) Təkanların təsirindən vibrasiyalar əmələ gəlir. 3) Elektrik maşınından gələn səsin səviyyəsi qalxır. 4) İzolyasiyanın pozulması, gövdə yastıqlarının cərəyan keçirməsinə və qızmasına səbəb olur. Korpusun və dayaq hissələrinin zədələnmiş hissələrinə məsafə nə qədər yaxın olarsa, baş vermiş nasazlıq haqqında daha dəqiq məlumat almaq olur. Yastıqların vəziyyətini müəyyənləşdirmək məqsədi ilə bilavasitə(sensorlar) və ya dolayı(yastıqların giriş və çıxışlarındakı temperaturu ölçməklə) istilik nəzarəti və vibrasiya nəzarəti həyata keçirilir. Vibra-diaqnostika sistemləri aşağıda sadalanan nasazlıqların barəsində etibarlı informasiya əldə etməyə imkan verir: rotorun balansının pozulması, hava aralığının qeyri-bərabərliyi, rotorda əmələ gələn çatlar, valın əyilməsi və s. Böyük güclü elektrik maşınlarının diaqnostikası məqsədi ilə avtomatlaşdırılmış diaqnostika sistemlərindən istifadə olunur. Sistem bir sıra sensorlardan, stabilizatordan, telemetrik sistemlərdən, idarəetmə kontrollerlərdən və uzaqdan idarəetmə qurğusundan ibarətdir.

Yüklə 69,46 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin