1. Texniki diaqnostikanın əhəmiyyəti və məqsədi


Yüksək gərginlikli elektrik avadanlıqlarının istilikvizion diaqnostikası



Yüklə 69,46 Kb.
səhifə14/18
tarix22.05.2022
ölçüsü69,46 Kb.
#58971
1   ...   10   11   12   13   14   15   16   17   18
C fakepathC fakepathC fakepathDiaq mühaz.

19. Yüksək gərginlikli elektrik avadanlıqlarının istilikvizion diaqnostikası
Yüksək səviyyədə təhlükəsizliyin və ESE(Energetika Sistemləri Elementlərinin) dayanıqlı işinin təmin olunması mürəkkəb elmi-texniki problemdir. Bu problemin həll olunmasının çətinliyi aşağıdakı istismar xüsusiyyətləri ilə əlaqədardır: 1) Uzun zaman müddətində fasiləsiz iş rejimi; 2) Mürəkkəb elektromaqnit şəraitində elektromaqnit uzlaşmasının təmini; 3) Klimatik və mexaniki destabilləşdirici faktorların təsirinə dayanıqlılıq; 4) Etibarlılığın və funksional təhlükəsizliyin verilmiş səviyyədə tələbatlarının yerinə yetirilməsi. Sıradan çıxmalar haqqında informasiyanın əldə olunması və həmin informasiyanın kompüter analizi imkan verir ki, ESE təhlükəsiz işi təmin olunsun və nasazlıqlar olduğu halda operativ qərarlar qəbul edilsin. Sıradan çıxmaların aradan qaldırılması zamanı xidmətedici personal tərəfindən alınan operativ informasiyanın böyük əhəmiyyəti vardır. Sıradan çıxmalar və nasazlıqlar haqqındakı informasiyalar, adətən stansiya və ya yarımstansiya növbətçisi tərəfindən verilir. Adətən, növbətçi idarəetmə bölməsindən siqnal aldıqdan sonra analiz edir və qərar qəbul olunur. Sistemin sıradan çıxmış və nasaz elementi haqqındakı, daxil olan informasiyaların həcmi və sayı həmişə kifayət qədər olmur, bu da öz növbəsində nasazlığın axtarışının və aradan qaldırılmasının müddətini artırır. Bu zaman müddətinin qısaldılması üçün xidməti personalın kvalifikasiyasının artırılması və avtomatik proqnozlaşdırılma və diaqnostik sistemlərin tətbiq olunması lazımdır. Texniki diaqnostika dedikdə, elə elm sahəsi nəzərdə tutulur ki, onun köməyi ilə obyektin halını əldə olunmuş nəzəri biliklər, metodlar və vasitələrin köməyi ilə təyin etmək mümkün olsun. Diaqnostikanın məqsədi yalnız Energetika sistemlərinin işləmə prosesinə nəzarət etməkdən ibarət deyil, həm də sistemin elə elementlərini aşkar etməkdən ibarətdir ki, onun parametrləri normativ qiymətlərdən kənara çıxır. Alınan informasiyanın analizindən, ölçü vasitlərinin texniki səviyyəsindən və həmin informasiyanın texniki personala çatdırılmasından asılı olaraq diaqnozlaşdırılma prosedurları iki cür: qeyri-avtomatikavtomatik rejimdə yerinə yetirilə bilər. Hal-hazırda MDB-ölkələrinin əksəriyyətində diaqnozlaşdırma prosedurları qeyri-avtomatik rejimdə, daha doğrusu xidmətedici personal tərəfindən ardıcıl olaraq elementlərin parametrlərinin ölçü texnikası vasitəsilə yoxlanılması ilə yerinə yetirilir. Dünya praktikasında xidməti personalın sayının azaldılması və nasazlıqların qısa zaman müddətində aradan qaldırılması üçün texniki diaqnozlaşdırma sistemləri(TDS) geniş tətbiq olunur. Bu sistemlər avtomatik olaraq elementlərin parametrlərini nəzarətdə saxlayır, onları analiz edir və nasazlığın aradan qaldırılması üçün göstərişlər verir. İş prinsipinə görə belə sistemlər iki qrupa bölünürlər: test diaqnozlaşdırılması funksional diaqnozlaşdırma. Adətən test diaqnozlaşdırması vasitəsilə ilə nəzarət obyektlərinin işləmə qabiliyyəti və ya iş qabiliyyətini pozan nasazlıqlar yoxlanılır. Bu zaman əksər hallarda obyektin işinin müvəqqəti olaraq tam dayandırılması lazım gəlir. Funksional diaqnozlaşdırma sistemləri isə nəzarət obyektlərinin işinin düzgün yerinə yetirilməsinə və obyektin istismarının davam etdirilməsi şəraitində nasazlıqların axtarışına nəzarət edir. Texniki diaqnozlaşdırma vasitələri aparatlıproqramlı, avtomatik avtomatlaşdırılmış ola bilər. Elektroenergetikanın avtomatikasının elementlərinə, qurğularına və sistemlərinə texniki xidmət edən zaman müxtəlif ölçü vasitələrindən: ampermetrlərdən, voltmetrlərdən, indiqatorlardan, ommetrlərdən, mürəkkəb ölçmə komplekslərindən və s. istifadə olunur. Bu cür ölçü cihazlarından istifadə edərək ölçmələr aparan zaman xətaların olması da qaçılmazdır. Ölçü xətaları iki qrupa bölünür: mütləqnisbi xətalar. Yaranma mənbəyinə görə xətalar iki qrupa: instrumental metodik xətalara, xarakterinə görə isə üç qrupa: sistematik, təsadüfi kobud xətalara bölünürlər.Nəzarət obyektləri ilə qarşılıqlı təsirinə görə informasiya-ölçü sistemləri passiv aktiv sistemlərə bölünürlər. Passiv sistemlərdə funksional diaqnozlaşdırma zamanı informasiya qəbul olunaraq analiz olunur və nəticədə analiz olunmuş informasiya dövrü sorğu qurtardıqdan sonra istifadəçilərə verilir. Aktiv sistemlərdə test diaqnozlaşdırmasından istifadə olunur ki, bu zaman informasiya yalnız qəbul olunaraq analiz olunmur, həm də lazım gəldikdə nəzarət olunan obyektə təsir edərək onun elementlərinin halını dəqiqləşdirir. Rabitə kanallarının xarakteristikasına, əsasən, informasiya-ölçmə sistemləri naqilli naqilsiz(radio) sistemlərə bölünürlər. Naqilsiz sistemlərdə radiorabitə kanalları istifadə olunur, buna görə də onları radiotelölçmə sistemləri adlandırırlar. Naqilli sistemlərdə rabitə kanalı kimi hava və kabel xətlərindən istifadə olunur. İnformasiyanın alınması üsuluna görə kontaktlı və kontaktsız üsullara bölünür. Texniki diaqnostika prosesində ən çox kontaktsız üsullar istifadə olunur ki, bu da onun yüksək operativliyi və minimal əmək sərfi ilə əlaqədardır. Kontaktsız istilik metodu ilə nəzarətdə alınan informasiya infraqırmızı oblastda optik elektromaqnit şüalanmaya aid edilir. İnfraqırmızı şüalanmanın intensivliyi və tezliyi obyektin molekul və atomalarının rəqsi ilə təyin olunur və onun temperaturundan asılıdır. İnfraqırmızı şüalanmanı generasiya etməyin əsas üsulu obyektin qızdırılmasıdır. Bu şüalanmanı qeydə alan əsas cihazlar kimi hazırda ən geniş istifadə edilən distansion infraqırmızı pirometrlər və teplovizorlardır. Daha çox perspektivli teplovizorlardır ki, obyektin istilik təsviri görünən şəklə çevirsin. Teplovizor nəzarət metodu imkan verir ki, obyektin həm lokal, həm də ümumi istilik təsvirini səthin müxtəlif temperaturlu sahələrini aşkar etsin. Termoqramklar kompüterdə işlənilir və nöqtələr üzrə izotermin qurulması müxtəlif oblastlarda orta maksimal minimal temperaturların qiymətləndirilməsi həyata keçirilir.

Yüklə 69,46 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin