24. Hava xətlərinin mühafizəsi
HEVX-nin zədələnməsi külli miqdarda ziyanla əlaqədardır. Ona görə də HEVX-nin zədələnmələrdən mühafizəsi vacib dövlət əhəmiyyətli məsələlərdən biridir. HEVX-nin normal istismarı üçün yaşayış yerlərindən keçən xətt boyu mühafizə zonaları müəyyən edilir. Bu zonalar kənar faza məftillərindən aşağıdakı məsafələrdə yerləşən paralel xətlərdə məhdudlaşdırılır:
Gərginlik,
kVA
|
20 kV-a
qədər
|
35
|
110
|
150-230
|
330-550
|
750
|
Məsafə, m
|
10
|
15
|
20
|
25
|
30
|
40
|
Meşə massivlərində və yaşıllıq yerlərində cığırların eni 4 m-ə qədər hündürlüklü yaşıllıq olduqda, kənar məftillərdən hər iki tərəfə 3 m-ə artırmaqla, onlar kənar məftillər arasındakı məsafədən az olmamalı və 4m-dən yuxarı hündürlüklü yaşıllıq olduqda isə, kənar məftillərdən hər iki tərəfə dayaq traversinin uzunluğu plyus əsas meşə massivinin hündürlüyü qədər məsafədən az olmamalıdır. Mühafizə zonası və cığırları hədlərində hər hansı növ tikililərin salınması, torpaq, inşaat və quraşdırma işlərinin aparılması qadağan olunur. Torpaq sahəsi istifadəçidən alınmır və adətən onu əkin-səpin işləri üçün emal edirlər. İstifadəçilərdən ancaq xətt dayaqları altındakı sahələr alınır. Əlbəttə, real şəraitlərdə əhalinin yaxşı savadına və yuxarıda qeyd edilən qaydalara şərtsiz olaraq əməl etməsinə arxayın olmaq mümkün deyil. Ona görə də HEVX-nin istismarını həyata keçirən təşkilat sistematik olaraq, izahedici söhbətlər aparır, radio, yerli mətbuatda HEVX yaxınlığında işlərin aparılma qaydalarını təbliğ edirlər. Əhali olan yerlərdə dayaqlardan xəbərdarlıq plakatları asılır.
Dostları ilə paylaş: |