17. Kabel xətlərinin zədələri Xarakterlərinə görə bütün zədələr dayanıqlı və dayanıqsız, sadə və mürəkkəb olurlar. Dayanıqlı zədələrə qısaqapanmalar, aşağı müqavimətli sızmalar və qırılmalar aiddir. Dayanıqlı zədələrin xarakteristik xüsusiyyətləri zədələnmə yerində zaman keçdikcə müqavimətin qiymətinin dəyişməz qalmasıdır. Dayanıqsız zədələrə sızmalar, güc kabel xətlərində “gəzən” deşilmələr, izolyasiyanın pozulduğu yerlərdə nəmlənmələr. Dayanıqsız zədələr öz-özünə itə də bilər, dayanıqsız da qala bilər və müəyyən şəraitdə dayanıqlı zədələrə də keçə bilər. Dayanıqsız zədə yerində müqavimətin qiyməti zaman keçdikcə dəyişə bilir. Kabel zədələrinin aşağıdakı növləri vardır: 1) izolyasiyanın zədələnməsi; 2) kabelin zədələnməsi; 3) örtüyün zədələnmələri; 4) muftaların zədələnmələri.Göstərilən zədələnmələrdən başqa, yəni bir neçə növ zədələnmələr birgə ola bilər. Tikilmiş polietilen izolyasiyalı kabel xətlərinin zədələnməsinin bir neçə növünü fərqləndirirlər. Onlardan əsasları aşağıdakılardır. Kabelin örtüyünün birfazalı qapanması; 1, 2 yaxud 3 fazanın qırılması; mühafizə örtüyünün sıradan çıxması(tikilmiş polietilen izolyasiyalı kabellərin ən həssas yeri onun mühafizə örtüyüdür.); ekranın və əsas izolyasiyanın dağılmasına gətirib çıxarır. Kabellərin zədələnmə yerlərinin müəyyən olunması aşağıdakı mərhələlərə bölünür: 1) Zədələrin diaqnostikası nisbi üsullardan biri ilə zədələrin zonasının müəyyən olunması, mütləq üsullardan biri ilə zədə yerinin müəyyənləşdirilməsi; 2) Kabel örtüyünün zədəli yerinin axtarılması işinə başlamamış xəttin passport göstəriciləri ilə və örtüyün gərginliklə sınağının nəticələri ilə tanış olmaq; 3) Kabel xətti dövrəsən açılandan sona trası gəzmək, qazıntı işləri aparmaq, lazım olduqda mexaniki zədələnmələrin olub-olmamasını yoxlamaq. 18. Tikilmiş polietilen izolyasiyalı kabellərin əsas zədələnmələri Tikilmiş polietilen izolyasiyalı kabellərin istismarı zamanı qismi boşalmaların səviyyəsinin artmasının əsas səbəbi izolyasiyada olan su trinqləridir. Tikilmiş polietilenin köhnəlmə prosesində onun istismar xarakteristikaları aşağı düşür. Bunun əsas səbəbi izolyasiyanın texnoloji defektlərində elektrik sahəsinin və ətraf mühitdən diffuziya olunan nəmliyin birgə təsiri nəticəsində yaranan su trinqləridir. İzolyasiyaya nəmliklə birlikdə aqressiv maddələr də daxil olur. Onlar polimer zəncirini dağıdır və boşluqların yaranmasına gətirib çıxarır. Bu da öz növbəsində nəmliyin toplanması üçün rezerv rolunu oynayır. 2 növ trinki fərqləndirirlər: bant və yelpək. Kabellərin zədə yerinin müəyyən olunması üçün 2 üsuldan istifadə olunur: Nisbi(dolayı) və mütləq(birbaşa). Nisbi üsullar zədələnmə yerinin təxmini olaraq tez bir zamanda müəyyən etməyi təmin edir və həmin yerlərdə ölçmələr aparılır və mütləq üsullardan biri ilə qazıntı yeri dəqiqləşdirilir. Kabeldə zədə yerlərinin müəyyən olunması üçün bir neçə nisbi və birbaşa üsullardan istifadə edilir. Nisbi üsullar: ilgək, impuls, tutum, mütləq üsullar: induksiya, akustik. İmpuls üsulu əks olunan və yaxud qayıdan impulslar adlanan üsul impulsların yayılmasna əsaslanır. Aparılan yoxlamalar bir neçə mərhələdən ibarətdir: 1) kabel gərginlik impulsları ilə zondlandırılır;2) zədə yerindən əks olunan impulslar qəbul olunur və analiz edilir; 3) zədə yerinə qədər olan məsafə müəyyən olunur. İlgək üsulu kabellərin plastik kütlə mühafizə örtüyünün zədələnmə yerini müəyyən etmək olur. Ancaq bu üsulun dəqiqliyi o qədər də yüksək deyil, səhvlər 10-15%-ə qədər çata bilər. Tutum üsulu əsasən kabellərin damarlarının birləşdirici muftalarında qırılma olanda onların yerinin müəyyən olunması üçün istifadə olunur.