1. Texniki diaqnostikanın əhəmiyyəti və məqsədi



Yüklə 69,46 Kb.
səhifə18/18
tarix22.05.2022
ölçüsü69,46 Kb.
#58971
1   ...   10   11   12   13   14   15   16   17   18
C fakepathC fakepathC fakepathDiaq mühaz.

25. Reaktorların sınağı
Quru reaktorlar 3, 6, 10 kV gərginlikli paylayıcı quruluşlarda qısaqapanma cərəyanlarını məhdudlaşdırmaq üçün tətbiq olunurlar. Reaktorlar fazaları şaquli, üfüqi və ya pilləli yerləşdirməklə quraşdırılır. Sınaq işlərindən əvvəl reaktorlar tam quraşdırılmalı, çirklənmədən və ya tozdan təmizlənməli, izolyatorlar isə diqqətlə silinməlidir. Şaquli quruluşlu quru reaktorların sınağına zavod işarələnməsinə uyğun olaraq, reaktorların düzgün quraşdırılmasının yoxlanması ilə başlanılır. Burada aşağıdakı işarələnmələr olmalıdır: H-aşağı; C-orta; B-yuxarı fazalar. Orta faza elə birləşdirilmişdir ki, onun dolaqlarından keçən cərəyanın istiqaməti kənar fazaların cərəyanına əks olsun. Quru reaktorların sınağı həcminə izolyasiya müqavimətinin ölçülməsi və yüksək gərginliklə sınaq daxildir. Reaktorların dolaqlarının izolyasiya müqavimətinin ölçülməsi bərkidici boltla və reaktor sütunlarının quraşdırıldığı bütün dayaq izolyatorlarının flanslarına nəzərən 1000-2500 V-luq meqaommetrlə aparılır. Müqavimət , MOm-dan az olmamalıdır. İzolyasiya müqaviməti , MOm-dan aşağı olduqda dayaq sütunları qurutmaq, sonra izolyasiya müqavimətini yenidən ölçmək və yüksək gərginliklə 1 dəqiqə müddətində sınamaq lazımdır. Əgər boşalmalar və yerli qızma baş verməzsə, reaktor sınağa davamlı hesab olunur. Sınaq gərginliyinin qiyməti aşağıdakı cədvələ əsasən seçilir:

Qurğunun nominal gərginliyi, kV

3

6

10

15

20

35

Nominal izolyasiyalı izolyatorun
sınaq gərginliyi, kV

24

32

42

55

65

95

Yüngülləşdirilmiş izolyasiyalı
izolyatorun sınaq gərginliyi, kV

14

21

32

48

-

-


Dayaq izolyatorların aşağı flanslarında yerlə birləşmələrin olmasının yoxlanması vizual olaraq aparılır.
Yüklə 69,46 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin