İstənilən torpağın genezisi minimum üç ardıcıl mərhələdən ibarətdir:
1.Torpaqəmələgəlmənin başlanğıcı, bəzən ilkin torpaqəmələgəlmə prosesi adlanan mərhələ.
2.Torpağın inkişaf mərhələsi, bu mərhələdə ana süxurun tərkibi tədricən torpağın səciyyəvi əlamətlərini əldə edir.
3.İnkişaf etmiş (yetkin) torpaq mərhələsi, bu mərhələdə tsiklik dönən proseslər üstünlük təşkil edir. Bu mərhələdə həmçinin torpaq xassələri və uyğun biosenozların bioməhsuldarlığının səviyyəsi, torpağın mühit amilləri ilə yaratdığı müvazinət nəticəsində, nisbətən sabit olur.