1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə10/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   6   7   8   9   10   11   12   13   ...   109
Torpaq coğrafiyaaı tam suallar

Torpaqəmələgəlmənin başlanğıcı (ilkin torpaqəmələgəlmə prosesi) ilkin yerüstü ekosistemlərin (biogeosenozların) funksional fəaliyyətə başlanması ilə üst-üstə düşür. Bu proses beş torpaqəmələgəlmə amili ilə eyni zamanda və qarşılıqlı bağlılıqda baş verir. İlkin torpaqəmələgəlmə prosesi, məsələn, dənizin reqressiyası və dib çöküntülərinin səthə çıxması və ya buzlaqların geri çəkilməsi ilə qurunun azad olması, dağ süxurları üzərində orqanizmlərin məskən salması nəticəsində baş verə bilər. Ekosistemlərin funksional fəaliyyətinin başlanğıc mərhələsində bioloji dövranın və onun üçün səciyyəvi olan biokütlənin yaradılması, üzvi qalıqların ana süxurların səth qatlarına daxil olması və parçalanması, mineral qida elementlərinin ilkin substratdan bioloji seçiciliklə udulması və biosenozları təşkil edən avtotrof və heteretrof canlıların iştirakı ilə baş verən başqa proseslərin hərəkətə gəlməsi səciyyəvidir.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin