etkin torpaqlar (3-cü mərhələ) üçün təbii biogeosenozlarda hər tsikli özündən əvvəlki tsikli təxminən təkrarlayan bioloji dövranın olması səciyyəvidir. Bu zaman dövrana əvvəllər bioloji dövrandan keçmiş birləşmələr və elementlər cəlb olunur. Bu mərhələdə torpaqəmələgətirən süxurların minerallarından ayrılan elementlər bioloji dövrana cəlb olunursa da, bu, kiçik miqyasda baş verir. Qeyd etmək lazımdır ki, bioloji tsikllərin tam dönərliyi, qapalılığı mövcud deyildir. Hansısa elementin bir hissəsi bu və ya digər yollarla dövrandan çıxa bilər. Bu mərhələdə biogeokimyəvi dövran təbii ekosistemlərin və onların vacib komponenti olan torpağın xassələrinin təkrar istehsalına səbəb olur. Bu təkrar istehsal torpaqların tarazlaşmış funksional fəaliyyəti mərhələsində onların nisbi sabitliyini təmin edir. Torpaqlardan kənd təsərrüfatı istifadəsi şəraitində bu tarazlıq pozulur. Bu da onların dəyişkənliyinə gətirib çıxarır.