Torpağın inkişaf mərhələsi. Bu mərhələyə keçilməsində əsas səbəb yerüstü ekosistemlərin bioməhsuldarlığının və ali bitkilərin fəaliyyətinin miqyasının genişlənməsi nəticəsində bioloji dövranın həcminin xeyli artmasıdır. Orqanizmlər tərəfindən maddələrin bioloji udulması və tranformasiyası nəticəsində elementlər ilkin süxurda olmayan keyfiyyətcə başqa birləşmələr şəklində torpağa qayıdır. Bu birləşmələrin xassələri, ilk növbədə həllolma xassəsi onları torpaq canlıları və bitkilərin növbəti nəsli üçün daha asan mənimsənilən edir. Bu da həmin mərhələdə bioloji dövranın həcminin genişlənməsi üçün əsas yaradır. Torpağın inkişaf mərhələsində bioloji dövranın miqyası artır. Maddələrin bioloji dövranı bu mərhələdə maddələrin transformasiyası və daşınmasının bioloji və abiotik proseslərini özündə birləşdirən daha mürəkkəb biogeokimyəvi dövranın ən əhəmiyyətli tərkib hissəsi kimi çıxış etməyə başlayır. Y