Kənd təsərrüfatında istifadə. Qonur yarımsəhra torpaqları aşağı təbii münbitliyi ilə səciyyələnir. Bu torpaqlar suvarmadan kənd təsərrüfatı bitkilərini yetişdirmək mümkün deyildir. Bu zaman əsas diqqət törəmə şorlaşmanın, şorakətləşmənin və külək eroziyasının qarşısını almağa yönəlmiş kompleks aqrotexnikni və aqromeşəmeliorativ tədbirlərin hazırlanmasına yönəlməlidir. Yarımsəhra zonasında suvarmanın tətbiqi ilə az-çox yekcins massivdə yerləşmiş şorakətləşməmiş və ya az şorakətləşmiş qonur yarımsəhra torpaqları əkinçiliyə yararlı hesab olunur.