1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları


Relyef və torpaqəmələgətirən süxurlar



Yüklə 132,98 Kb.
səhifə93/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   89   90   91   92   93   94   95   96   ...   109
Torpaq coğrafiyaaı tam suallar

Relyef və torpaqəmələgətirən süxurlar. Zonanın relyefi çay vadilərinin və müvəqqəti su axınlarının yataqları ilə parçalanmış geniş meyilli dağətəyi düzənlikdən ibarətdir. Mərkəzi Asiyanın boz torpaqlarında torpaqəmələgətirən süxurlar lös və lösabənzər gillicələrdən ibarətdir. Kür-Araz ovalığında allüvial və delüvial mənşəli ağır gillicəli və gilli süxurlar üstünlük təşkil edir.

Bitki örtüyü. Boz torpaqlar zonasının daxilində ərazinin mütləq yüksəkliyi artdıqca çoxillik bitkilər dəyişir. Bununla belə bütün yüksəkliklərdə səhra qum otlarından və qırtıcdan ibarət efemer örtüyü hakimdir. Efemer bitkiləri qısa yaz dövründə inkişaf edir. Qumotu-qırtıc örtüyü daxilində birillik efemerlər də geniş yayılmışdır. Tünd boz torpaqlar yarımzonasında əsas fonu ayrıq , soğancıqlı arpa, andız və başqa bitkilər yaradır. Dağlararası vadilərdə çayların subasarlarında qovaq, söyüd və iydə ağaclarından ibarət tuqay meşələri yayılmışdır.

Təsnifatı. Açıq boz torpaqlar – zona daxilində ən arid yarımtip hesab olunur. Çay terraslarında və dağətəyi düzənliklərdə yayılmışdır. Tipik boz torpaqlar orta qurşaq əmələ gətirir. Dağətəyi düzənliyin bir qədər hündür yerlərində və alçaq dağlıq sahələrdə yerləşmişdir. Tünd boz torpaqlar – yuxarı qurşaqəmələgətirən nəmli yarımtip hesab olunur. Yüksək dağətəyi sahələrdə və alçaq dağlıq ərazilərdə bu torpaqlar 700-1600 m hündürlüklərdə yayılmışdır. Suvarılan boz torpaqlar suvarmanın uzun müddət tətbiq edildiyi kənd təsərrüfatı istifadəsi şəraitində formalaşmışdır. Çəmən-boz torpaqlar qrunt suyunun 2,5-5 m dərinlikdə yerləşdiyi şəraitdə formalaşmışlar. Çəmən torpaqlar yüksək kapilyar nəmlənmə və qrunt suyunun 1,0-2,5 m dərinlikdə yerləşdiyi şəraitində formalaşır. Çay vadilərində, çay deltalarında çəmən əsasən də taxıllı bitkilər altında müşahidə edilir.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin