1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları


Rütubətli subtropik meşələrin torpaqları



Yüklə 132,98 Kb.
səhifə94/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   90   91   92   93   94   95   96   97   ...   109
Torpaq coğrafiyaaı tam suallar

50. Rütubətli subtropik meşələrin torpaqları

Rütubətli subtropiklər üçün səciyyəvi torpaqlar – qırmızı, sarı, subtropik podzol (podzollu-sarı) torpaqlardır. Ərazinin müəyyən hissəsi bataqlıqlarla örtülüdür. Rütubətli subtropik torpaqlar Cənubi Qafqazda, Azərbaycan (Lənkəran-Astara zonasında) və Gürcüstan (Qara dəniz sahilləri) ərazilərində yayılmışdır. Hər iki respublikada rütubətli subtropik torpaqların ümumi sahəsi 0,6 mln.ha təşkil edir.



İqlimi. Rütubətli subtropiklərin torpaqları rütubətli və isti iqlim şəraitində formalaşır. İllik yağıntıların miqdarı 1000-2500 mm arasında tərəddüd edir. Payız-qış yağıntıları daha çox üstünlük təşkil edir. Havanın orta nisbi nəmliyi çox yüksəkdir (75-80%). Rütubətli subtropiklər uzun isti yayı və qısa mülayim qışı ilə fərqlənir. Havanın orta illik temperaturu 13-15⁰C, iyulun orta temperaturu 21-23⁰C, yanvarın orta temperaturu isə 5-7⁰C-dir. 10⁰C-dən yüksək temperaturların cəmi təqribən 3000-4000⁰C, vegetasiya dövrünün uzunluğu isə 240-250 gündür.

Relyef. Qırmızı və sarı torpaqlar parçalanmış pelyef şəraitində, əsasən təpəli dağətəyi və hündürlüyü 600 m-dən çox olmayan alçaq dağlıq ərazilərdə inkişaf etmişdir. Qara dəniz sahillərində qırmızı torpaqlar Acar silsiləsinin dəniz səviyyəsindən 40 m hündürlükdən 250-400 m hündürlüyə kimi hissəsində yayılmışdır. Podzollu-sarı torpaqlar hamarlanmış və ya zəif dalğavari qədim akkumulyativ terraslar üzərində formalaşmışdır. Rütubətli subtropiklərdə relyefin güclü parçalanması istilik və nəmliyin paylanmasına təsir göstərir, meyilli yamaclarda eroziya proseslərinin inkişafını və çökəkliklərdə izafi nəmliyin toplanmasını (bataqlıqlaşmanı) şərtləndirir. Bütün bu amillər torpaq və bitki örtüyünün rəngarəngliyinə gətirib çıxarır.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin