18. Pnevmoniyanın müalicəsində antibiotik seçərkən ilk növbədə nəyi nəzərə almaq lazımdır? A) Pnevmoniya törədicisinin xüsusiyyətini
B) Xəstəliyin müddətini
C) Yanaşı gedən xəstəliyi
D) Xəstəliyin zədələdiyi seqmenti
E) Antibakterial prepartaların keçirilməsinin individuallığını
19. Hansı xəstəlik üçün krepitasiya xarakterikdir? A) Krupoz pnevmoniya
B) Böyük qan dövranında durğunluq
C) Bronxial astma
D) Ağciyərlərin emfizeması
E) Ağciyərlərin absesi
20. Krupoz pnevmoniya üçün xarakterik olan perkutor səs hansıdır? A) Küt
B) Küt timpanik
C) Metal
D) Timpanik
E) Qutu
21. Selikli-qanlı bəlğəm hansı xəstəliyin əlamətləri üçün xarakterikdir? A) Ağciyərin bronxogen xərçəngi
B) Kəskin traxeobronxit
C) Bronxial astma
D) Bronxopnevmoniya
E) Xroniki bronxit
22. İrinli xoşa gəlməz iyi olan bəlğəm hansı xəstəlik üçün xarakterikdir? A) Bronxoektaziya xəstəliyi
B) Emfizema
C) Bronxial astma
D) Bronxit
E) Krupoz pnevmoniya
23. Epidemioloji təhlükəliliyi daha çox olan vərəmin kliniki forması hansıdır? A) Fibroz kavernoz ağ ciyər vərəmi
B) Vərəm meningiti
C) Ocaqlı vərəm
D) Tuberkuloma
E) İlkin vərəm kompleksi
24. Aşağıda göstərilən kliniki əlamətlərin hansı metabolik sindroma aiddir? A) Abdominal piylənmə
B) Hipoqlikemiya
C) Aşağı ətraflarda ödem
D) Tənginəfəslik
E) Aritmiya
25. Gərginlik stenokardiyasının əmələ gəlməsinin əsas səbəbi nədir? A) Koronar damarların 70% və daha çox aterosklerotik daralması
B) Dilyatasion kardiomiopatiya
C) Kəskin miokardit
D) Mitral qapağın prolapsı
E) Xroniki miokardit
26. Tac arteriyalarının aterosklerozunun ən informativ diaqnostik üsulu hansıdır? A) Koronar angioqrafiya
B) Stress exo-kardioqrafiya
C) EKQ
D) EXO-kardioqrafiya
E) Ssintiqrafiya