27. Kəskin koronar sindrom zamanı ağrı müşahidə edilərsə seçim preparatı? A) Morfin
B) Analgin
C) Fentanil
D) Baralgin
E) Tramadol
28. Sinus bradikardiyası ilə müşayət olunan stenokardiyanın müalicəsində antianginal preparatın seçimi? A) Amlodipin
B) Metoprolol
C) Propranolol
D) Verapamil
E) Diltiazem
30. Miokard infarktı zamanı ən informativ biokimyəvi marker hansıdır? A) Troponin I
B) Mioqlobin
C) Laktatdehidrogenaza
D) Alanintransferaza
E) Kreatininfosfokinaza
31. Miokardın gizli işemiyası nə ilə xarakterizə olunur? A) ST seqmentinin nəzərə çarpan depressiyası epizodları stenokardiya ağrıları ilə müşayət olunmur
B) Fiziki yük sınağından sonra ST seqmentinin depressiyası qeyd edilmir
C) Ağrı sindromu aritmiya ilə müşayət edilir
D) Stenokardik tutma ST seqmentinin depressiyası ilə müşayət olunur
E) Ağrı sindromu ST seqmentinin elevasiyası ilə müşayət olunur
32. Arterial hipertenziya zamanı hansı əlamət ürəyin zədələnməsini göstərir? A) Sol mədəciyin hipertrofiyası
B) Yuxarı sıxlıqlı lipoproteidlərin artması
C) Qanda triqliseridlərin miqdarının azalması
D) Şəkərsiz diabet
E) Şəkərli diabet
33. Periferik arteriyaların obliterəedici xəstəlikləri arterial hipertenziya ilə müşayət olunarsa hansını istifadə etmək olmaz? A) β-adrenoblokatorlar
B) α-adrenoblokatorlar
C) Nitratlar
D) Kalsium antaqonistləri
E) AÇF (Angiotenzini çevirən fermentin) inhibitorları
34. Arterial hipertenziya zamanı hansı əlamət böyrəklərin zədələnməsini göstərir? A) Proteinuriya
B) Sidikdə duz kristallarının olması
C) Qanda protrombinin indeksinin 100%-dən çox olması
D) Sidikdə dəyişilməmiş eritrositlərin olması
E) Epiteluriya
35. Dilatasion kardiomiopatiyalı xəstələrdə ürək kameralarının hansı böyüyür? A) Ürəyin bütün kameraları, əsasən sol mədəcik
B) Sol mədəcik
C) Sağ mədəcik, sol qulaqcıq
D) Sol mədəcik, sol qulaqcıq
E) Sağ mədəciyin dilatasiyası