Peşəkarlıq, cavabdehlik, keyfiyyət, ədalət, etimad və komanda ruhu Odlar Yurdu-95 Firmasının əsas dəyərlərini təşkil edir. Biz, eyni zamanda hesab edirik ki, əməkdaşlar arasında səmimi ünsiyyət kolektivimizi daha da sarsılmaz edir. Səmimi münasibətlər bizə düzgün və sağlam informasiyaya sahib olmağa kömək edir ki, bu da nəticədə firmamızın fəaliyyətinin səmərəliliyinə birbaşa təsir edir. Biz istəyirik ki, əməkdaşlarımız işin gedişatını daha dərindən mənimsəsinlər, kolektivin dəyərlərini bölüşərək daima özlərinin inkişafına və təkmilləşməsinə çalışsınlar.