Əməkdaşlarımız
«Xəzri Ekspress» Firmasında çalışan bütün əməkdaşlar vəzifəsindən asılı olmayaraq öz həmkarlarına hörmətlə və ədalətlə yanaşmalıdırlar. Biz əməkdaşlarımızı yalnız biliyinə, peşəkarlağına, həmkarlarına olan düzgün münasibətinə görə qiymətləndiririk.
«Xəzri Ekspress» firması çoxmillətli və müxtəlif dini mənsubiyyətə malik bir kollektivə sahibdir. Biz bu baxımdan hər bir əməkdaşın dini mənsubiyyətinə, milliyətinə etnik və mədəni mənşəyinə hörmətlə yanaşırırıq.
Bu baxımdan biz, yuxarıda qed olunmuş zəmində ayrıseçkilik hallarının yolverilməz olduğunu hesab edirik. Eyni zamanda əməkdaşlarımızın aşağıdakı hüquq və vəzifələrinə hörmətlə yanaşır, bu hüquqların pozulmasını firmamızın siyasətinə zidd bir addım kimi qiymətləndiririk:
-
Əməkdaşların özəl və ailə həyatına hörmət bəsləmək.
-
Hər bir əməkdaşın şəxsiyyətinə hörmət bəsləmək
-
Əməkdaşlarımızın sağlamlıqlarının qayğısına qalmaq və onlar üçün təhlükəsiz iş şəraiti yaratmaq.
-
İş yerində təhqirdən, seksual zarafatlardan, kobudluq və qeyri əxlaqi hərəkətlərdən uzaq, sağlam iş şəraitini təmin etmək.
Əməkdaşlara qarşı yuxarıda qeyd edilmiş istənilən ayrıseçkilik halları Firmamızın prinsiplərinə ziddir və onun daxili qayda və qanunlarınının kobudcasına pozulması deməkdir. Vəzifəsindən asılı olmayaraq bu prinsipləri pozan əməkdaşa qarşı lazımi administrativ tədbirlər görüləcək, lazım gələrsə bu şəxs işdən azad ediləcəkdir.
Müştərilərmiz
«Xəzri Ekspress» firmasının biznesinin müvəffəqiyyəti müştərilərə keyfiyyətli və vaxtında göstərilən xidmətdən asılıdır. Biznesimizin müştəri yönümlülüyü bizə mətbuat yayımı sferasında dəyərli müştərilərimizə keyfiyyətli və sürətli xidmət göstərməyə imkan verir. Hər bir «Xəzri Ekspress» Firmasının əməkdaşı gündəlik fəaliyyətində müştərilərə qayğı ilə yanaşmalı, hər bir müştərinin etibarını qazanmaqla, müştərilərin günbəgün artırmalıdr.
Bununla yanaşı, «Xəzri Ekspress» firmasının əməkdaşları müştərilərə münasibətdə aşağıdakı prinsipləri rəhbər tutmalı və gündəlik fəaliyyətlərində bu prinsipləri həyata keçirməlidirlər:
-
Müştərilərə peşəkar səviyyədə və zamanında xidmət göstərmək.
-
Müştərilərə düzgün, ədalətli və qərəzsiz münasibət bəsləmək.
-
Müştərilər qarşısında öhdəliklərin vaxtında və şərtsiz yerinə yetirilməsi.
-
Müştərilərə məhsul və xidmətlərimiz haqqında dolğun, düzgün və qərəzsiz məlumat vermək.
-
Müştərilərin şəxsi məlumatlarına (şəxsi telefon, ev ünvanı və digər şəxsi məlumatlara) hörmətlə yanaşmaq və bu məlumatların məxfiliyinə təminat vermək.
-
Xidmətlərimizin keyfiyyətinin daima təkmilləşdirilməsi və münasib qiymətlərin tətbiqinə səy göstərmək.
-
Məhsul və xidmətlərimizin düzgün və qərəzsiz reklam edilməsini təmin etmək.
Tərəfdaşlar və təchizatçılar
«Xəzri Ekspress» firması öz tərəfdaşları ilə uzun müddətli və etibarlı əlaqələr qurmağa çalışır. Bu əlaqələrin əsasında qarşılıqlı inam, hörmət, qərəzsizlik və düzgünlük kimi dəyərlər durur. Hər bir «Xəzri Ekspress» firmasının əməkdaşı tərəfdaşlara qayğı ilə yanaşmalı, öz fəaliyyətində aşağıdakı prinsipləri rəhbər tutmalıdır:
-
Tərəfdaşlar qarşısında öhdəlikləri vaxtında və məsuliyyətlə yerinə yetirmək.
-
Tərəfdaşların gəlir əldə etmək hüququna hörmətlə yanaşmaq.
-
Tərəfdaşlara ədalətli, qərəzsiz və bərəbər münasibət bəsləmək.
-
Tərəfdaşlar və təchizatçılar ilə bağlanılan sazişlərin şərtlərinə hörmətlə yanaşmaq və öhdəlikləri məsuliyyətlə yerinə yetirmək.
Rəqiblərimiz
Sağlam rəqabət hər bir biznesin güclənməsinə və onun inkişafına təkan verir. «Xəzri Ekspress» firması öz rəqiblərinə hörmətlə yanaşır və sağlam rəqabət prinsiplərini üstün tutur.
Maraqların münaqişəsi
Hər bir «Xəzri Ekspress» əməkdaşı ona etibar edilən vəzifəni şübhə altına sala biləcək istənilən situasiyadan yan qaçmalı, bu zaman öz şəxsi maraqları ilə firmanın maraqları arasında baş verə biləcək potensial maraqların münaqişəsinə yol verməməlidir.
«Xəzri Ekspress» firmasında maraqların münaqişəsinə səbəb ola bilən hallar aşağıdakılardır:
-
Vəzifədən sui istifadə etmək.
-
Eyni zamanda rəqib firmada işləmək və ya onunla əməkdaşlıq etmək.
-
Rəqib firmada hər hansı bir marağa (maliyyə, səhm payına, qohumluq əlaqəsinə) malik olmaq.
-
Firmaya məxsus konfidensial məlumatları şəxsi məqsədlər üçün və ya üçüncü tərəfə ötürmək məqsədilə acıqlamaq.
-
Tərəfdaşlar, müştərilər və ya «Xəzri Ekspress» firması ilə biznes əlaqəsi olan istənilən şəxslərdən və ya qurumlardan hədiyyə və rüşvət qəbul etmək.
-
Firmanin avadanlığından, kommersiya maraqlarından və intelektual mülkiyyətindən öz şəxsi məqsədləri üçün istifadə etmək.
-
Firmanin davranış (nizam-intizam) qaydalarını pozmaq (məs. səliqəsiz geyim və xarici görünüş, iş vaxtı spirtli içkilər və digər uyuşdurucu maddələrin qəbulu).
-
Azərbaycan Respublikası Əmək Məcəlləsində təsbit olunmuş maddələri və digər qanunları kobudcasına pozmaq.
Əgər yuxarıda sadalanan münaqişələrdən biri baş verərsə, hər bir «Xəzri Ekspress» əməkdaşı irmanın rəhbərliyinə dərhal müraciət etməli və bu haqda rəhbərliyə məlumat verməlidir.
Firmanın sosial cavabdehliyi
«Xəzri Ekspress» firması fəaliyyət göstərdiyi cəmiyyət qarşısında sosial məsuliyyət daşıyır. Firma öz məhsul və xidmətlərini təklif etməklə xalqımızın maariflənməsinə, zamanında informasiya və zəruri biliklər əldə etməklə onun inkişafına səy göstərir.
«Xəzri Ekspress» firması ölkədə mətbuat yayımı sferasının inkişafında maraqlıdır və bu istiqamətdə həyata keçirilən bütün layihələri dəstəkləyir. «Xəzri Ekspress» firması, həmçinin сəmiyyətin inkişafına təkan verən mədəniyyət, incəsənət və təhsil sahələrində həyata keçirilən layihələri dəstəkləyir. Ən əsası isə cəmiyyətin aztəminatlı və hassas təbəqələrinə - kimsəsiz uşaqlar, əlillər, ahıllar, qaçqın və məcubri köçkünlərə öz imkanı daxilində köməklik göstərir.
Kodeksin tətbiqi mexanizmi
Hər bir «Xəzri Ekspress» firmasının əməkdaşı kodeksin müddəalarını oxumalı, başa düşməli və ona əməl etməlidir. Kodeksin müddəaları əməkdaşın vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq bütün əməkdaşlar üçün icbari xarakter daşıyır. Bununla belə Kodeksin hər hansı bir müddəası ilə bağlı yarana bilən istənilən sualı aydınlaşdırmaq üçün hər bir əməkdaş firmanın rəhbərinə müraciət etməli və ondan məsləhət almalıdır. Eyni zamanda hər bir əməkdaş aşağıdakıları etməyə borcludur:
-
Əgər kodeksin müddəası əməkdaş tərəfindən pozularsa, o, ilk növbədə firma rəhbərliyinə müvafiq və zamanında tədbirlər görülmək üçün müraciət etməlidir. Vaxtında və səmimi edilən bu müraciət əməkdaşın cəzasının yüngülləşməsinə səbəb ola bilər. Ən əsası isə bu, firmaya əməkdaşın etdiyi səhv addımın ağır nəticələr verəməsinin qarşısını almağa kömək edə bilər.
-
Əgər əməkdaş Kodeksin müddəasının digər həmkarı tərəfindən pozulduğunu bilərsə, o, ilk növbədə bu haqda firma rəhbərliyinə bildirməyə borcludur. Firma rəhbərliyi bu məlumatın tam məxfi saxlanılacağına və xəbər vermiş əməkdaşa qarşı əks tədbirlər görülməyəcəyinə təminat verir.
Nizam-intizama cəlb olunma, Kodeksin müddəasının pozulması səbəbindən və şəraitindən asılı olaraq müəyyən edilir və firma rəhbərliyinin müzakirəsindən sonra tətbiq edilir. Bu zaman törədilmiş pozuntunun qəsdən edilib-edilmədiyi, həmçinin əməkdaşın bu pozuntu haqqında könüllü məlumat verməsi əsas tutulur.
Yuxarıdakıları nəzərə alaraq Kodeksin müddəalarını pozanlara qarşı aşağıdakı inzibati tədbirlər görülməsi zəruri hesab edilir:
-
Kodeksin müddəasını pozan şəxsə 1-ci dəfə şifahi xəbərdarlıq edilsin.
-
İkinci dəfə yazılı töhmət verilsin.
-
Üçüncü dəfə maaşından müəyyən məbləğ çıxmaqla cərimə edilsin.
-
İşdən çıxarılması ilə bağlı sonuncu dəfə ciddi xəbərdarlıq edilsin.
-
İşdən çıxarılsın.
Mən «Xəzri Ekspress» firmasının Etika Kodeksinin müddəaları ilə tanış oldum və bu müddəaları qəbul edirəm.
Dostları ilə paylaş: |