«Xязri Ekspress» firmaсынын Етика Кодекси
Əziz həmkarlar,
Son illər «Xəzri Ekspress» firması göstərdiyi keyfiyyətli və professional xidmt sayəsində ölkədə mətbuat yayımı sahəsində öz layiqli yerini tutmağa nail olmuşdur. Bu, ilk növbədə hər bir dəyərli əməkdaşımızın firmaya olan sadiqliyi və gərgin zəhməti bahasına qazanılmışdır.
Hazırda biz biznesimizin inkişaf etdirilməsi və genişləndirilməsi ərəfəsindəyik. Bizim yaxın beş il üçün məqsədimiz müştərilərə keyfiyyətli xidmət göstərmək və fəaliyyət istiqamətlərimizi genişləndirməkdir. Bilirəm ki, sərt rəqabət şəraitində bu heç də asan olmayacaqdır. Bunun üçün biz “Müştəri yönümlü” siyasətimizi daha da təkmilləşdirməli, müştərilərimiz, tərəfdaşlarımız və təchizatçılarımız qarşısında öhdəlikləri vaxtında yerinə yetirməklə yeni keyfiyyətli xidmət mərhələsinə daxil olmalıyıq.
Buna nail olmaq yollarından biri yüksək korporativ mədəniyyətə sahib olmaq, biznesimizi etik normalar çərçivəsində idarə etməkdir. Ümid edirəm ki, qəbul etdiyimiz Biznes Etika Kodeksi bizə, qarşıda qoyduqumuz məqsədə nail olmağa kömək edəcəkdir. Bu baxımdan hər bir «Xəzri Ekspress» firmasının əməkdaşı bu kodeksi oxumalı və gündəlik fəaliyyətində onun müddəalarını rəhbər tutmalıdır.
Şübhəsiz, kodeksdə təsbit olunmuş müddəalar bizim gündəlik fəaliyyətimizin hər bir anını tam əhatə etmir. Lakin burada təsbit olunmuş prinsiplər hər birimizin mühüm hesab etdiyi və bölüşdüyü mənəvi və əxlaqi dəyərlərdir. Bu prinsiplər, ilk növbədə əməkdaşlara və rəhbər işçilərə gündəlik münasibətlərində və qərarların qəbul edilməsində, o cümlədən münaqişəli situasiyaların və problemlərin həllində bələdçi rolunda çıxış edir.
Bir daha bütün əməkdaşları Kodeksdə Təsbit olunmuş prinsiplərə və dəyərlərə sadiq qalmağa çağırır və fəaliyyətinizdə uğurlar arzulayıram.
Dostları ilə paylaş: |