10 Азярбайъан ширкятляри цчцн Ишгцзар Етика Кодексляри



Yüklə 461,5 Kb.
səhifə20/77
tarix02.01.2022
ölçüsü461,5 Kb.
#1708
növüКодекс
1   ...   16   17   18   19   20   21   22   23   ...   77
Nizam-intizama cəlb etmə

Nizam-intizama cəlb olunma Kodeksin müddəasının pozulması səbəbindən və şəraitindən asılı olaraq müəyyən edilir və firma rəhbərliyinin müvafiq qərarından sonra tətbiq edilir. Bu zaman törədilmiş pozuntunun qəsdən edilib-edilmədiyi, həmçinin əməkdaşın bu pozuntu haqqında könüllü məlumat verməsi əsas tutulur.

Yuxarıdakıları nəzərə alaraq Kodeksin müddəalarını pozanlara qarşı aşağıdakı inzibati tədbirlər görülməsi zəruri hesab edilir:


  • Kodeksin müddəasını pozan şəxsə 1-ci dəfə şifahi xəbərdarlıq edilsin.

  • İkinci dəfə yazılı töhmət verilsin.

  • Üçüncü dəfə maaşından müəyyən məbləğ çıxmaqla cərimə edilsin.

  • İşdən çıxarılması ilə bağlı sonuncu dəfə ciddi xəbərdarlıq edilsin.

  • İşdən çıxarılsın.

Bütün Odlar Yurdu 95 firmasının əməkdaşlarından xahiş edilir ki, Kodeksin müddəaları ilə bağlı istənilən sualları və ya sual doğa biləcək istənilən halları işlədiyi şöbənin rəhbərliyinə yönəltsin və ətraflı məsləhət alsın. Eyni zamanda hər bir işçidən, iş şəraitində baş verən qeyri-etik davranış hallarını, ilk növbədə işlədiyi şöbənin rəhbərliyinə və əgər bu hal birbaşa şöbə rəhbərliyi ilə bağlıdırsa və ya şöbə rəhbərliyi bu məsələni həll etmək iqtidarında deyilsə, Odlar Yurdu 95 firmasının rəhbərliyinə tam şəffav şəkildə və çəkinmədən çatdırılması xahiş edilir.


Yüklə 461,5 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin