10 Азярбайъан ширкятляри цчцн Ишгцзар Етика Кодексляри



Yüklə 461,5 Kb.
səhifə19/77
tarix02.01.2022
ölçüsü461,5 Kb.
#1708
növüКодекс
1   ...   15   16   17   18   19   20   21   22   ...   77

Rəqİblərİmİz

Odlar Yurdu 95 firması biznesdə ədalətli, azad və açıq bazar münasibətlərinin yaranmasının müştərilər və cəmiyyət üçün faydalı olduğuna inanır və bunun biznesin inkişafına təkan verə biləcəyini bəyan edir. Odlar Yurdu 95 firması haqsız rəqabət hallarını pisləyir və öz məhsul və xidmətləri çərçivəsində sağlam rəqabət aparır.




Tərəfdaşlarımız / təchİzatçılarımız
Odlar Yurdu 95 firması özünün uzun-müddətli inkişafına yardımçı olan və biznesinin inkişafına təkan verən, o cümlədən keyfiyyətli məhsul və xidmətlər təklif edən tərəfdaşlarla əlaqələr qurur və bu tərəfdaşlığın davamlı olmasına təminat verir. Odlar Yurdu 95 firması öz tərəfdaşlarını müsbət reputasiya, yüksək xidmət, münasib qiymət və keyfiyyət meyarları əsasında seçir və etibarlı əlaqələr qurur. Eyni zamanda tərəfdaşlara və təchizatçılara ədalətli və qərəzsiz münasbət bəsləyir. Odlar Yurdu 95 firması tərəfdaşlar və təchizatçılar ilə bağladığı sazişlərin şərtlərinə hörmətlə yanaşır və öhdəlikləri məsuliyyətlə yerinə yetirir.

Cəmİyyət qarşısında öhdəlİk

Odlar Yurdu 95 firması fəaliyyət göstərdiyi cəmiyyət qarşısında sosial məsulyyət daşıyır və cəmiyyətin problemlərinə və ehtiyaclarına biganə deyildir. Firma, həmçinin cəmiyyət qarşısında aşağıdakı sosial məsuliyyət prinsiplərini üstün tutur:



  • Azərbaycanın konstitusiyası, qanunvericiliyi və hökumətin qərarlarına hörmətlə yanaşmaq.

  • Azərbaycan səhiyyəsinin inkişafına və təkmilləşdirilməsinə töhvə vermək.

  • Cəmiyyətin inkişafına təkan verən səhiyyə, mədəniyyət, incəsənət, və təhsil sahələrində həyata keçirilən layihələri dəstəkləmək.

  • Cəmiyətin aztəminatlı və həssas təbəqələrinə - kimsəsiz uşaqlar, əlillər, ahıllar və qaçqın və məcburi köçkünlərə imkan daxilində köməklik göstərmək.



Odlar Yurdu 95 fİrmasının kollektİvİ

Odlar Yurdu 95 firmasının gücü -onun ətrafında birləşən, işini sevən peşəkar işçiлярдир.

Bizim əsas məqsədimiz əməkdaşlarımız üçün elə bir sağlam iş şəraiti yaratmaqdır ki, burada hər bir işçi özünü kollektivin dəyərli üzvü hesab etsin, bir-birinə etibar və hörmət edərək məhsuldar iş mühitini yaratsın. Odlar Yurdu 95 firması işçilər arasında peşəkarlıq, cavabdehlik, ədalət, komanda ruhu və keyfiyyət kimi kolektivin bölüşdüyü dəyərləri üstün tutaraq, işçilərin davranışlarını və münasibət qurmalarını vacib sayır. Bu baxımdan şirkət əməkdaşların aşağıdakı hüquqlarına hörmətlə yanaşır və onları təmin etməyə borcludur:


  • hər bir əməkdaşın şəxsiyyətinə hörmətlə yanaşmaq, tutduğu vəsifəsindən, mövqeyindən və ya qohumluq əlaqəsindən asılı olmayaraq onu yalnız biliyi, peşəkarlığı, işə və həmkarlarına olan düzgün münasibətinə görə qiymətləndirmək;

  • hər bir əməkdaşın dini mənsubiyyətinə, milliyətinə, etnik - mədəni mənşəyinə hörmətlə yanaşmaq və bu zəmində ayrıseçkilik hallarının qarşısını almaq;

  • hər bir əməkdaşın özəl və ailə həyatına hörmətlə yanaşmaq;

  • hər bir əməkdaşın daima professional təcrübə və biliklərini artırmaq və bu istiqamətdə treninq proqramlarını dəstəkləmək;

  • hər bir əməkdaş üçün təhlükəsiz, rahat iş şəraiti yaratmaq və onların sağlamlığının qayğısına qalmaq;

  • iş şəraitində qeyri əxlaqi hərəkətlərin - təhqirlər, şit zarafatlar, kobudluq və.s halların qarşısını almaq;

  • firma əməkdaşlarının karyera inkişafına şərait yaratmaq.

Bununla yanaşı biz Odlar Yurdu 95 firmasının əməkdaşlarını Etika Kodeksində əks olunmuş qaydalara və qərarlara hörmətlə yanaşmağa çağırırıq:

  • Müştərilər və digər tərəfdaşlar qarşısında yalnız şirkətin maraqlarından çıxış edərək, şirkətin siyasətini və prinsiplərini üstün tutmaq.

  • Müştərilər və digər tərəfdaşlara münasibətdə və kollektivdə peşəkarlıq, cavabdehlik, düzgünlük, ədalət, hörmət, səmimilik, prinsiplərini üstün tutmaq.

  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

  • Şirkətin daxili nizam-intizam qaydalarına riayət etmək.

  • Şirkətin reputasiyasina xələl gətirən əməllərdən çəkinmək.

maraqların münaqİşəsİ

Odlar Yurdu 95 firması iş prosesində öz həmkarları, şirkətin tərəfdaşları və müştəriləri ilə münasibətdə ədalətli və qərəzsiz mövqe tutmalı, ilk növbədə firmanın maraqlarından irəli gələn addımlar atmalıdır. Eyni zamanda aşağıdakı neqativ halların rəhbərlik və kollektivdə maraqların münaqişəsinə səbəb olacağını və bu hallardan yan qacmanın z əruriliyini dərk etməlidirlər:


  • Vəzifədən sui-istifadə, firmanın mülkiyyəti, avadanlığı, kommersiya maraqları, o cümlədən maliyyə resurslarından öz şəxsi məqsədləri üçün istifadə.

  • Eyni zamanda rəqib şirkətdə işləmək və ya əməkdaşlıq etmək.

  • Rəqib şirkətdə birbaşa və ya dolayısı ilə hər hansı bir marağa (məs.maliyyə, səhm) malik olmaq.

  • Şirkətə məxsus olan konfidensial məlumatların şəxsi məqsədlər üçün və ya üçüncü tərəfə ötürmək məqsədilə acıqlanması.

  • Tərəfdaşlar, müştərilər və ya Odlar Yurdu 95 firması ilə biznes əlaqəsi olan istənilən şəxslərdən və ya qurumlardan hədiyyə və rüşvət qəbul edilməsi.

  • Firmanın davranış (nizam-intizam) qaydalarını pozmaq (məs.səliqəsiz geyim və xarici görünüş, iş vaxtı spirtli içkilər və digər uyuşduruçu maddələrin qəbulu).

  • Azərbaycan Respublikası Əmək Məcəlləsində təsbit olunmuş maddələri və digər qanunları kobudçasına pozmaq.


Kodeksin tətbiqi mexanizmi

Bu bəyannamənin müddəaları Odlar Yurdu 95 firmasının bütün əməkdaşları üçün icbari xarakter daşıyır və əməkdaşın vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq hamıya şamil edilir.




Yüklə 461,5 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin