22. RƏQƏMSAL TEXNOLOGİYALARIN İSTİFADƏSİNDƏN MULTİPLİKATİV EFFEKT
Rəqəmsal texnologiyaların təsiri ilə möhtəşəm texnoloji dəyişiklik dövrü başladı. Rəqəmsal texnologiyanın biznesdə istifadəsi rəqəmsal biznesin yaranmasına və fiziki və rəqəmsal dünyaları birləşdirən yeni biznes modellərinin inkişafına səbəb olur. Rəqəmsal biznesə böyük verilənlər, sənaye İnterneti, neyron şəbəkələri, sensorlar, süni intellekt, iş yerlərinin yaradılması və digər texnologiyalar daxildir ki, onlar rəqəmsal iqtisadiyyatda multiplikativ effekt verirlər. Bu da ÜDM-in artımına gətirib çıxarır.
Bu gün müasir istehsalın inkişafında əsas vəzifə rəqəmsal texnologiyalardan istifadədir ki, nəticədə ÜDM-in artımına səbəb olan rəqəmsal iqtisadiyyatın multiplikativ effekti əldə edilir.
Müəyyən edilib ki, son üç onillikdə orta hesabla rəqəmsal texnologiyalara yatırılan hər ABŞ dolları ÜDM-in 20 ABŞ dolları artmasına səbəb olub, yəni, rəqəmsal texnologiyalara yatırılan hər dollar ÜDM-in həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olur.
Rəqəmsal biznes rəqəmsal texnologiyalardan birbaşa məhsuldarlığn artımından başqa əlavə olaraq bir sıra dolayı üstünlüklər də əldə edir faydalanır, çünki təsir rəqiblərə və bütün təchizat zəncirinə yayılır. Rəqəmsallaşmanın bu cür “müşayiət edən” effektləri çoxsaylı kanallar vasitəsilə reallaşır ki, bu da onların rəqəmsal iqtisadiyyatda multiplikativ rolunu başa düşmək üçün böyük əhəmiyyət kəsb edir.
23. RƏQƏMSAL IQTISADIYYAT ŞƏRAITINDƏ BIZNES MODELLƏRININ NÖVLƏRI
Rəqəmsal biznes – dedikdə ümumi halda biznes proseslərin avtomatlaşdırılması üçün rəqəmsal texnologiyalar əsasında məhsul və xidmətlərin istehsalı başa düşülür.
Rəqəmsal texnologiyalar ənənəvi
Rəqəmsal biznes – fiziki və rəqəmsal dünyaları birləşdirən yeni biznes modellərdir.
“Əşyaların interneti”, “böyük məlumatlar”, süni intellekt, maşın öyrənmə və digər rəqəmsal texnologiyaların yayılması aşağıdakı biznes modellərin inkişafına gətirib çıxardı:
Satıcıların, alıcıların və təchizatçı tərəfdaşların birbaşa təsirini təmin edən, transaksiya xərclərini minimumlaşdıran, əmtəə və xidmətlərin birgə istifadə imkanlarını genişləndirən rəqəmsal platformalar. Məhsul və bazar sektorundan asılı olaraq platformalar kommunikasiya, sosial, media, axtarış, əməliyyat və nəzarət, xidmət, paylaşım, transaksiya və s. platformaları şəklində ola bilərlər.
Servis biznes –modelləri - resurslara sahib olmaq əvəzinə onlardan istifadəyə əsaslanır. Məsələn: Software-as-a-Service (SAAS), Infrastructure-as-a-Service (İAAS) və başqaları. Bu gün servis modellərin yeni-yeni növləri yaranır: Robots-as-a-Service, City-as-a-Service. Xidmət modelləri mal və xidmətlərin fərdiləşdirilməsini təşviq edir, müştəriyə istənilən nəticəni əldə etmək üçün tələb olunan həcmdə lazımi məhsulu istehlak etməyə imkan verir.
Nəticəyə əsaslanan modellər - müştəri üçün nəticə və effekt əldə etməyə, o cümlədən məhsul və xidmətlərin kompleks istehlakına əsaslanan biznes modellər. Belə biznes modelləri tez-tez “Product-as-a-servive” adlanır. Məsələn BASF şirkəti gübrələrin satışı ilə yanaşı, torpağın, bitkinin sağlamlığının, hava şəraitinin və digər amillər haqqında məlumatların monitorinqi və analizini nəzərə almaqla müştərilərinə hansı gübrəni, hnası miqdarda istifadə etməli olduqları haqqında məsləhət xidməti də göstərir.
Kroudsorsinq modelləri – biznes proseslərin – innovasiyaların tətbiqi, məhsulların işlənib hazırlanması, istehsal, marketinq və satış - reallaşdırılması üçün xarici resursların (pul vəsaitləri, insanlar, ideyalar və s.) cəlb edilməsinə əsaslanır.
Müştərilərin şəxsi məlumatlarının monetizasiyasına əsaslanan bisnes modellər. Bu zaman istehlakçılar üçün pulsuz olan xidmətlər onların şəxsi məlumatlarını digər istehlak seqmentlərinə satırlar.
24. RƏQƏMSAL BİZNES MÜŞTƏRİYÖNÜMLÜ İQTİSADİYYAT YARADIR
Qloballaşma prosesi və rəqəmsal biznesin sürətli inkişafı şəraitində dünyada istehlakın xarakterini dəyişən müştəriyönümlü iqtisadiyyat formalaşır: istehlakçı özü dəyişir, nəyin və nə qədər istehsal ediləcəyini müəyyənləşdirir; istehlakçıların yeni seqmentləri, yeni bazar nişləri meydana çıxır. Beləliklə, müştəri yönümlü əlaqələr rəqəmsal iqtisadiyyatda aktuallaşır.
Biznesdə əsas subyektlər sifarişçi, icraçı və istifadəçidir. Şəkil 1.
Müştəriyönümlülük aşağıdakı düsturla müəyyən edilə bilər:
Dostları ilə paylaş: |