13. RƏQƏmsal transformasiya strategiyasinin əsas sahəLƏRI



Yüklə 328,63 Kb.
səhifə2/8
tarix05.01.2023
ölçüsü328,63 Kb.
#78542
1   2   3   4   5   6   7   8
rəqəmsal transformasiya

18. TƏHSİLİN RƏQƏMSALLAŞMASI

XXI əsrdə rəqəmsallaşmanın təhsilin ayrılmaz hissəsinə çevrilir və bu proses ölkəmizdə də təhsilin bütün səviyyələrində müşahidə edilir.


Rəqəmsal texnologiyaların insanların həyatının bütün sahələrinə fəal şəkildə daxil olması müvafiq mütəxəssislərin hazırlanmasını tələb edir və bu da öz növbəsində təhsil sistemində mühüm dəyişikliklərə səbəb olur.
Beləliklə, bu gün ali təhsil müəssisələrinin fəaliyyətinin rəqəmsal təhsil mühiti olmadan mümkün deyil, bu da öz növbəsində təhsil prosesinin mövcudluğunu və interaktivliyini təmin edir. Eyni zamanda, təhsil müəssisələrinin rəqəmsallaşdırılması üzrə iş təhsil prosesinin bütün iştirakçıları tərəfindən, lakin daha çox birbaşa olaraq, fənlərin tədrisi prosesinə rəqəmsal texnologiyaların fəal şəkildə tətbiqini həyata keçirən fənn müəllimləri və təcrübə rəhbərləri tərəfindən həyata keçirilir.
Rəqəmsal iqtisadiyyata keçid əmək bazarına köklü şəkildə təzyiqlər göstərir: Müasir dünyada rəqəmsal vərdişlər həlledici təməl kimi önə çıxır. Mütəxəssisə olan tələbin köklü transformasiyası baş verir. Rəqəmsal iqtisadiyyat təkrarlanan əməliyyatları yerinə yetirən peşələrə tələbin azalmasını, texnologiyaların sürətlə dəyişməsi ilə əlaqədar peşələrin həyat siklinin qısalmasını, mütəxəssisin çevikliyinin və adaptivliyinin artırılmasını şərtləndirir. Rəqəmsal iqtisadiyyatın təsiri ilə bağlı onu deyə bilərik ki, hesablamalara görə, 2030-cu ilə qədər dünya işçi qüvvəsinin təqribən 14 faizi öz peşəsini dəyişmək məcburiyyətində qalacaq. Başqa bir təhlilə görə isə 2030-cu ilədək rəmsallaşma nəticəsində dünyada ümumi daxili məhsul 9 trilyon dollaradək arta bilər. Bütün bunlar təhsilimizi ciddi çağırışlarla üz-üzə qoyur.
19. RƏQƏMSAL TRANFORMASİYA ŞƏRAİTİNDƏ YENI İDARƏETMƏ SİSTEMLƏRİ
20. RƏQƏMSAL TEXNOLOGIYALAR NƏDIR?

Ən sadə dillə desək, rəqəmsal texnologiyalara elektron hesablama və məlumatların çevrilməsi ilə bağlı hər şey daxildir: qadjetlər, elektron cihazlar, texnologiyalar, proqramlar. Analoq texnologiyalarla müqayisədə rəqəmsal texnologiyalar böyük həcmdə məlumatların saxlanması və ötürülməsi üçün daha uyğundur və yüksək sürətli hesablamaları təmin edir. Bu zaman informasiya mümkün qədər dəqiq, təhrif edilmədən ötürülür. Əsas çatışmazlıqlar arasında yüksək enerji intensivliyi və iqlimə mənfi təsir daxildir.


Rəqəmsal texnologiyalar çox vaxt informasiya texnologiyaları ilə qarışdırılır, lakin əslində biri digərinin tərkib hissəsidir. İnformasiya texnologiyalarına hətta analoq cihazların köməyi ilə belə məlumat mübadiləsi ilə bağlı bütün texnologiyalar daxildir. Məsələn, nə vaxt gedə biləcəyimizi bildirən svetofor analoq informasiya cihazıdır və tıxacları izlədiyimiz xidmət də informasiya xarakteri daşıyır, lakin artıq rəqəmsaldır.
Rəqəmsal texnologiyalara aşağıdakılar aiddir:
- böyük verilənlər
- süni intellekt
- neyrotexnologiyalar
-blokçeyn texnologiyaları
- kvant texnologiyaları
- artırılmış texnologiyalar
- super kompüter texnologiyaları
- sənaye robotları
- sensor texnologiyalar
- virtual reallıq texnologiyaları
- rəqəmsal modelləşdirmə və layihələndirmə texnologiyaları (kompüter injinirinqi)
21. Rəqəmsal texnologiyaların rəqəmsal iqtisadiyyatın formalaşmasına təsiri
Rəqəmsal texnologiyalar rəqəmsa sferada yeni imkanlar yaradır: sahibkar və ya şirkət arzu edərsə, rəqəmsal sistemi öz fəaliyyət sahəsinə tətbiq edə bilər. Bu prosesə datafikasiya (böyük həcmdə məlumatların saxlanması texnologiyalarının tətbiqi), rəqəmsallaşma (informasiya dəyər zəncirinin bütün hissələrinin analoqdan rəqəmsal formata çevrilməsi), virtuallaşdırma (proseslərin fiziki parçalanması), eyni zamanda generativlik (yenidən proqramlaşdırma və rekombinasiya yolu ilə verilənlərin və texnologiyaların ilkin məqsəddən fərqli olaraq yeni şəkildə istifadəsi) daxil ola bilər. Rəqəmsal texnologiyaların tətbiqi prosesi yeni iqtisadi proseslərin, sistem və sektorların da yaranmasına səbəb ola bilər.
İqtisadiyyatın ayrı-ayrı sahələrındə artıq rəqəmsal texnologiyaların təsirini müşahidə edə bilirik: onların tətbiq olunduğu yeni tipli şirkətlər rəqibləri arasında hökmranlığı ilə seçilir: Uber (dünyada ən böyük taksi operatoru), Facebook (dünyada ən məşhur media şirkəti), Alibaba (dünyada ən iri pərakəndə satıcı), Airbnb (dünyada ən iri kirayə platforması).
Rəqəmsal texnologiyalar qlobal iqtisadi məkandakı mövcud “böyük məlumatlar” massivinə çıxışı təmin etmiş olur.
Yaradılmış “Böyük məlumatlar”, digər texnologiyalarla birgə hökümətin, biznesin və vətəndaş cəmiyyətinin aparıcı aktivlərinə çevrilir. Bundan başqa yeni nəsil iqtisadiyyatın milli inkişaf strategiyaları işlənib hazırlanır ki, bu strategiyalarda yüksək texnologiyaların yeridilməsi, “böyük” məlumatların analizi və proqnozlaşdırma, yeni idarəetmə üsullarının tətbiqi nəzərdə tutulur.
Rəqəmsal texnologiyalar iqtisadiyyatın rəqabətqabiliyyətliliyini artırır. Burada xüsusilə təhsil, elm (fundamental biliklərin istehsalı), informasiya texnologiyaları və intellektual xidmətlər (məsləhət, informasiya vasitəçiliyi, analitika, marketinq xidmətləri) kimi sektorlar daha da inkişaf edir. Qərb tədqiqatçıları (E.Tpffler, F.Fukuyama, D.Bell, C.Neysbitt) hesab edirlər ki, rəqəmsal texnologiyaların tətbiqini həyata keçirən ölkələr dünya miqyasında rəqabət üstünlüyünə malik olurlar.

Yüklə 328,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin