13. XIX əsrin I yarısında Rusiyanın Azərbaycanı işğal etməsi


İrəvan quberniyasında ermənilər tərəfindən azərbaycanlıların soyqırımı



Yüklə 32,35 Kb.
səhifə8/8
tarix26.01.2022
ölçüsü32,35 Kb.
#51594
1   2   3   4   5   6   7   8
qafqaz əlavə

37. İrəvan quberniyasında ermənilər tərəfindən azərbaycanlıların soyqırımı

1918-ci il mayın 15-də Kazım Qarabəkir Paşanın komandanlığında türk qoşunları Gümrüyə daxil olmazdan əvvəl ermənilərə ultimatum vermişdi ki, şəhərdəki türkləri gətirib türk ordusuna təhvil verin və sonra da şəhəri təslim edin. Ermənilər qorxularından Gümrüdə yaşayan 250 türk ailəsini arabalara mindirib Arpaçay üzərindəki körpüdən keçirərək türklərə təslim etmişdilər. Kazım Qarabəkir Paşa həmin vaxt Gümrüdə ancaq 8-10 imkansız türk ailəsinin qaldığını yazır. Nazim Mustafanın “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)” adlı araşdırmasında bildirilir ki, Gümrüyə daxil olan türk ordusu iki istiqamətdən irəliləmişdi. Qoşunların bir qismi İrəvan istiqamətində, bir qismi də Qarakilsə (sonralar Kirovakan, hazırda Vanadzor şəhəri - müəl.) istiqamətində hərəkət etmişdi. Mayın 21-də türk qoşunları Sərdarabad və İrəvan yaxınlığındakı Qamışlı (sonralar Yeğeqnut) dəmiryol stansiyasını ələ keçirir. Ayın 24-də türk qoşunları Hamamlını (sonralar Spitak) erməni silahlılarından təmizləyir.

Ermənilərin törətdikləri vəhşiliklər haqqında yunanlar Cənubi Qafqaz Seyminə aşağıdakı məlumatı vermişdilər: “Türk ordusunun qarşısından geri çəkilən silahlı erməni qaçqınları ətrafdakı müsəlman kəndlərini yer üzündən silərək hər bir şeyi atəş və qılıncdan keçirir, təsəvvürə gəlməz bir dəhşət və fəlakət törədirdilər.

İrəvan quberniyasında erməni vəhşiliklərinin qarşısını almaq məqsədilə İrəvan Müsəlman Milli Şurası yaradılmışdı. Milli Şuranın sədri Əli xan Makinski, katibi isə Cabbar Məmmədzadə idi. Milli Şura ermənilərin törətdikləri qırğınlar barəsində Bəyaziddəki türk qoşunlarının komandanlığına möhürlü bir məktub göndərmişdi. Məktubda deyilirdi: “Rusların çəkilməsi erməniləri başımıza bəla etdi. İllərdən bəri bölgədə yığılıb qalan silahlara sahib oldular. Uzun illərdən bəri bəslədikləri əməllərini fəaliyyətə keçirdilər. Ruslardan əldə etdikləri silahları bizim üzümüzə çevirdilər. İki ay yarımdan bəri adətən müsəlmanlara qarşı hərb elan etmişlər kimi, əsgərlər quldur dəstələri müsəlmanlar üzərinə top, pulemyot ilə gedib zülm edirlər. Bu vaxta qədər iki yüz kənd məhv olmuş, zülmdən qurtula bilənlər dağlara qaçıblar. Təbi ki, onların da bir qismi aclıqdan və soyuqdan ölmüşlər. İrəvan şəhərinin 18 min nəfərlik müsəlman əhalisi iki aydır ki, mühasirə altındadaır”. Daha sonra məktubda bütün İrəvan quberniyası müsəlmanlarının adından xahiş edilirdi ki, həmin məktub ordu komandanı Vehib paşa vasitəsilə Osmanlı padşahına çatdırılsın ki, o da bu məzlum türk yavrularını öz himayəsi altına almaq üçün iradə göstərsin, əks təqdirə məhv olacağıq. Həmçinin xahiş edilirdi ki, bu məktub həmin günlərdə Batumda toplanmış sülh konfransında səsləndirilsin.

İyunun 4-də Türkiyə ilə Ermənistan arasında Batumda sülh və dostluq haqqında müqavilə imzalanır. Bu müqaviləyə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 10 min kv.km, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi. Lakin erməni silahlı dəstələri ətraf bölgələrin azərbaycanlı yaşayış məntəqələrini silah gücünə ələ keçirməklə respublikanın ərazisini genişləndirmək yolunu tutmuşdular.

Batum müqaviləsinin 3-cü maddəsində qeyd edilirdi ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədlərin müəyyənləşdirilməsinə aid bağlanan protokollar Osmanlı imperatorluğu hökumətinə təqdim ediləcək. Həmin müqavilənin 5-ci maddəsində Ermənistan Respublikası onun ərazisində hər hansı quldur dəstəsinin yaradılmasına və silahlanmasına qarşı mübarizə aparmağı, bütün bandaları tərksilah etməyi, 6-cı maddəsində isə Ermənistan Respublikasında yaşayan müsəlmanların dininə və adət-ənənələrinə hörmət etməyi, müsəlmanların və digər dinlərə mənsub olanların mülki və siyasi hüquqlarına sahib olmasını öz öhdəsinə götürmüşdü. Lakin Erməni Milli Şurasının nümayəndələri

Batumda sülh danışıqlarında (11 may - 4 iyun) iştirak etdikləri və Osmanlı dövlətinin mərhəmətinə sığındıqları bir vaxtda Korqanovun, Nazarbekovun, Silikovun, Andranikin, Dronun, Njdehin komandanlığı altında erməni silahlı qüvvələri əvvəlcə Qars vilayətində, sonra isə İrəvan quberniyasının qəzalarında

müsəlmanlara qarşı kütləvi qırğınlar törədirdilər. Həmin dövrdə Qarabağda, Zəngəzurda və Stepan Şaumyanın sədri olduğu Bakı Xalq Komissarları Sovetinin nəzarət etdiyi ərazilərdə erməni vəhşilikləri davam edirdi.



Azərbaycan Milli Şurasının iyunun 13-də keçirilən iclasında ermənilərin müsəlmanlara qarşı törətdikləri qırğınlar barədə İrəvandan gələn həyəcanlı xəbərlər müzakirə edilir. İrəvan quberniyası ərazisində ev-eşiklərindən didərgin salınan və ac-yalavac dolanan qaçqınların sayının 150 min nəfərə çatdığı, ermənilərin 206 kəndi dağıtdığı bildirilirdi. Milli Şura İrəvan quberniyasında qaçqınlara maddi yardım göstərilməsi üçün nümayəndə göndərməyi qərara almışdı. Həmçinin İrəvan quberniyası ərazisində mövcud olan türk qoşunlarının komandanlığından xahiş edilmişdi ki, qaçqınlara ərzaq yarımı etsin və onların öz yer-yurdlarına qayıtmaları üçün Ermənistan hökumətinə təsir göstərsin. Lakin İrəvan quberniyasının türk qoşunlarının nəzarətindən kənarda qalan bölgələrində ermənilər qırğınları bir gün də olsa dayandırmamışdılar. Ermənistan tərəfi Batum müqaviləsinin şərtlərinə məhəl qoymayaraq, yeni ərazilər ələ keçirmək üçün hərbi təcavüzünü davam etdirməklə yanaşı Dağlıq Qarabağa ərazi iddiası irəli sürmüşdü.
Yüklə 32,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin