13. XIX əsrin I yarısında Rusiyanın Azərbaycanı işğal etməsi


I dünya müharibəsi dövründə ermənilərin mürtəce fəaliyyəti



Yüklə 32,35 Kb.
səhifə4/8
tarix26.01.2022
ölçüsü32,35 Kb.
#51594
1   2   3   4   5   6   7   8
qafqaz əlavə

32. I dünya müharibəsi dövründə ermənilərin mürtəce fəaliyyəti

Birinci Dünya müharibəsinin başlanması ilə regionda ictimai-siyasi proseslərin müsbət yöndə inkişafına mane olan «erməni məsələsi» Azərbaycan üçün də təsirsiz ötüşmədi. Bəzi dövlətlər öz maraqlarına uyğun olaraq ermənilərin Cənubi Qafqazda dinc müsəlman-türk əhaliyə qarşı törətdikləri vəhşiliklərə dəstək verdilər.



Qeyd etmək lazımdır ki, erməni məsələsi XIX əsrin axırlarına yaxın öz inkişafının yeni fazasına daxil oldu. Bu dövrdən başlayaraq Daşnaksütyun partiyası ermənilərin mülki və mədəni maraqlarını müdafiə etmək devizi altında öz fəaliyyətini Cənubi Qafqazda daha da gücləndirdi. Erməni məsələsinin Cənubi Qafqaza keçirilməsi ilə diyarın əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayan xalqları dəhşətli fəlakətlərlə üzləşməli oldu. Çünki daşnakların Cənubi Qafqaza gəlməsinə qədər bütün xalqlar burada tam əmin-amanlıq şəraitində yaşamışdı. Daşnakların gəlişinə qədər dinc əhali heç bir zaman milli zəmində qanlı toqquşmaların nə olduğunu bilmirdi. Daşnaklar Cənubi Qafqazda yaşayan ermənilər arasında öz terrorçuluq hərəkətlərini təşkil və təbliğ etməklə regionu bütünlüklə erməni ərazisinə çevirmək istəyirdi. Ona görə də ermənilər birinci dünya müharibəsində yaranmış beynəlxalq vəziyyətdən istifadə edərək məqsədlərini reallaşdırmağa başladı. Onlar birinci dünya müharibəsində iştirak edən dövlətlərlə gizli danışıqlar apararaq Osmanlı dövləlinə və Azərbaycan əhalisinə qarşı hazırladıqları məkrli planlarını həyata keçirməyə çalışırdı. Digər tərəfdən isə Antanta və Dördlər İttifaqına daxil olan dövlətlər də Azərbaycan neftinə sahib olmaq üçün «erməni məsələsi»ndən öz istəklərinə uyğun şəkildə bəhrələnməyə çalışırdı. Bu baxımdan müharibə aparan dövlətlərin planlarına uyğun olaraq Azərbaycanda «erməni məsələsi»nə xüsusi diqqət yetirildi. Onlar yaxşı dərk edirdi ki, həm Cənubi Qafqaz, həm də Osmanlı dövləti ərazisində yaşayan ermənilərdən müəyyən şərtlərlə istifadə edə bilərlər. Antanta dövlətləri ermənilərdən iki istiqamətdə istifadə etmək niyyətində idi: birincisi, Osmanlı ərazisində yaşayan ermənilərə azadlıq və muxtariyyət vəd etməklə, onları Osmanlıya qarşı qaldırmaq; ikincisi, Rusiya ermənilərindən rus Qafqaz Ordusunda istifadə etməklə Osmanlıdakı yeddi vilayətə və Kilikiyaya muxtariyyət vermək. Dördlər İttifaqı, xüsusən Almaniya da ermənipərəst mövqe nümayiş etdirirdi. Almaniya layihəsinə görə Osmanlı dövləti ərazisində yaşayan ermənilərin vəziyyətini yaxşılaşdırmaq üçün islahatlar və digər tədbirlər, o cümlədən Rusiya erməniləri üçün isə muxtariyyət nəzərdə tutulurdu. Bir sözlə, Antanta ilə Dördlər İttifaqı arasında erməniləri öz tərəflərinə çəkmək uğrunda mübarizə gedirdi. İstanbuldakı Rusiya səfirliyinin müşaviri Qulkeviç Birinci Dünya müharibəsinin başlanğıcında bəyan etdi ki, rus hökumətinin əsas məqsədlərindən biri erməniləri zülmdən xilas etmək və onlara muxtariyyət verməkdir. Osmanlı dövləti isə erməni məsələsinə aydınlıq gətirmək üçün Ərzurum və yaxud Vanda Seym çağırılması haqqında manifest imzalamışdı. Bu addım erməni əhalisi arasında ikitirəlik yaratmışdı. Belə şəraitdə Daşnaksütyun partiyası «dilemma» qarşısında qalmışdı. Onlar bu yollardan hər hansı birini seçməkdə çətinlik çəkirdi. Nə etməli. Antanta blokuna, yoxsa Almaniya-Osmanlı ittifaqına daxil olmaq. Daşnaklar bu məsələdə Antanta blokuna meylli olmağa üstünlük verdi. Bütövlükdə erməni siyasi təşkilatları Osmanlı ərazisində öz dövlətlərini qurmaq istəyini reallaşdıra bilmədiyi üçün bu istəyini bolşevik Rusiyasının hərbi-siyasi dəstəyi ilə Azərbaycan torpaqları hesabına həyat keçirdi.


Yüklə 32,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin