15.Qərb ölkələrində etnik mədəni müxtəlifliyin yaranmasında miqrasiya prosesinin rolu
Ümumiyyətlə avropada multikulturalizmin iki əsas qaynağı vardır. Birincisi milli azlıqlar. İkincisi isə immiqrantlardır. Bu kontekstdə immiqrantlar üçün multikulturalizm siyasi gücə, istisadi fürsətlərə və vətandaşlığa keçmə kimi imkanları özündə ehtiva edir. İctimai şüur immiqrantların cəmiyyətə daha inteqrasiya olmaları üçün əhəmiyytli məsələ üzərində durur və bəzi əsas prinsipləri önə sürür. Öncəliklə iş mövzusu inteqrasiyanın əsas parçasıdır. İkincisi inteqrasiya azadlıq, demokratiya, insan hüquqlarına hörmət, bərabərhüquqlu və hüququn üstünlüyü prinsipləri kimi əsas liberal-demokrat dəyərlərə ehtiramı vacib hala gətirir. Üçüncüsü yaşadığı cəmiyyətin dili, tarixi və qurumları barəsində əsaslı məlumatlar inteqrasiyanı labüd halıdır. Dördüncüsü, ayrıseçkilikə qarşı qanunlar və siyasətlər daha yaxşı bir inteqrasiya üçün əsasdır.
İmmiqrantlar üçün multikultural vətəndaşlıq açıq şəkildə yerli xalqlar və milli azlıqlar üçü eyni növ haqq iddialarını ehtiva etməz. İmmiqrantlar ümumi mənada torpaq haqları və ya rəsmi dil muxtariyyəti kimi statusları tələb etməzlər. Bu mənada bəzi avropa ölkələrində müvəqqəti immiqrant modeli mövcuddur. Qalıcı immiqrant modeli isə bundan fərqlidir. Rəsmi statiskaya görə avropada 21 milyondan çox immiqrant mövcuddur. Bunun dörddə 3-ü Almanyada 7 milyondan çox, Fransada 3 milyondan çox, İngiltərədə 2 milyondan çox, İsveçrədə 1 milyondan çox və İtaliyada 1 milyondan çoxdur. Bu beş avropa ölkəsində immiqrantlar daha çoxluq təşkil edir. İsveçdə immiqrantlar inteqrasiya proqramında iştirak etməzlər isə aldıqları sosial haqqlar və faydalar azaldılmaqda və ya ləğv edilməkdədir. Ancaq bu proqramlarda iştirak etmə yaşama hüququ və ya vətandaşlığa keçmə ilə əlaqəli bir şəkildə həyata keçirilir. Miqrasiya ilə bağlı proqramlarda federal və əyalət hökümətləri inteqrasiya prosesi və artırılmış dil tətbiq etmə kurslarını həm sadə, həm də yüksək səviyyədə təqdim edərək dil qabiliyyəti tələb edən işlərin tapılmasında da köməklik edirlər. Məsələn, 210-11-ci illərdə bu proqramla bağlı Kanada höküməti 1 milyard Kanada dolları xərcləmişdir. Kanada da ingilis və ya fransız dilini bilmək şərtdir. 1914-cü il tarixli Vətandaşılğa Qəbul Edilmə Qanununa istinad edir. İmiqrantlar ile bağlı hal-hazırda inkişaf etmiş ölkələr dil səviyyəsini yüksək tutaraq vətəndaşlıq almaları üçün bəzi problemlərin ortaya çıxmasına səbəb olurlar. Almanya və Fransada vətandaş olmaq üçün immiqrantlar etnik kimlikləri və dini dəyərləri əlaqələrini müəyyən ölçüdə kəsməli və ya rədd etməlidirlər. İmmiqrantlar bəzi ölkələrdə problem olaraq görünür. Kanada və Avstraliada isə dövlət özü bunları seçib alır. Bəzi məqamlarda isə immiqrantların iqtisadi çətinliklər və öz ölkəsində zülmə məruz qalmalarını bəhanə edərək, yalandan söyləyərək ölkəyə gəlməsi əxlaqi baxımdan onların qəbul edilməsinə etiraz edilir. Eyni zamanda qanuni və etik baxımdan gəlmək istəyənlərin yerlərini də bu şəxslər alır. Ümumiyyətlə son on ildə Belçika, Finlandiya, Yunanıstan, Norveç, Portuqaliya, İspaniya və İsveç kimi ölkələrdə multikulturalizm siyasəti güclənmişdir. Avropa ölkələrində multikulturalizm birbaşa immiqrantlarla bağlıdır və daha çox bu istiqamətdə anlaşılır. İngiltərədə bəzi siyasətçilər multikulturalizm terminindən istifadə etməkdən son vaxtlarda çəkinirlər. Daha çox plüralizm, müxtəliflik, mədəniyyətlərarası diyaloq və ya ictimai inteqrasiya kimi ifadələrdən istifadə edirlər. Derek McGhee`nin ifadəsi ilə İngiltərədə multikulturalizm prinsiplərindən uzaqlaşmaq yerinə daha çox multikulturalizm terminindən uzaq durma tendensiyasının yarandığı gösrənir. İngiltərədə 3 milyona yaxın müsəlman yaşayır. İngiltərədə anqlosakson mentalitetinə və hüquq sisteminə müvafiq şəkildə Almanya və Fransadan fərqli olaraq multikulturalizm burada assimlyasiya funksiyasını yerinə yetirmir.
Çünki multikulturalizm siyasəti imperatorluq olan İngiltərə üçün əsas şərtlərdən biridir. Məhz hər hansı bir dinə və etnik qrupa mənsub insan burada asanlıqla dövlət məmuru ola bilir. İngiltərədə vətandaşların civil cəmiyyət ilə inteqrasiyasına dair sosial demokrat ifadə tərzi sağ muhafizəkarların ifadə tərzlərindən daha əhatə edici olması ilə fərqlənməkdə və multikulturalizm ritorikasından daha uzaq durularaq multikulturalizm sonrası terminindən istifadə olunur. Məhz Marqret Tetçer vaxtinda multikulturalizm, muhafizəkar olduğuna görə ``ölü bir qanun`` halına gəlmişdi. İngiltərədə tətbiq olunan immiqrantlar ilə bağlı hüquqlar qanununa görə bərabərsizlik sadəcə şəxsin öz nəzarəti və ixtiyari xaricində müxtəlif vəziyyətlərin nəticəsi deyil, bu eyni zamanda sosial şərt və tarixi şərtlər baxımından fərdləri köçməyə vadar edən səbəblərin nəticəsidir də. Almanyada multikulturalizm 1989-cu ildə Berlin divarının yıxılması ilə daha da inkişaf mərhələsinə qədəm qoydu. İmmiqrantlar Almanyada əhalinin 19 faizini təşkil edir. Almanyada alman olma anlayışı hələ də güclü olduğu üçün immiqrantların alman mədəniyyətinə adaptasiya oolması üçün assimliyasiya siyasətini daha çox tətbiq edirlər. Almanya da alman olmayanlar ``xaricilər`` adlandırılır. Bu ifadə xususi mahiyyət daşıyır. Bu mənada irqçilik Almanyada hələ də mövcuddur. Almanyada ciddi mənada multikulturalizm müzakirələri və mübahisələri aparılır. Hələ 1999-cu ildə Almanyada vətandaş olmaq üçün ana və atadan birinin alman olma qanunu ləğv edildi. Parlament də 2010-cu ildə ikili vətandaşlığı ləğv etdi. Fransada milli kimlik məsələsi assimlyasia edici mahiyyət kəsb edir. Fransada Sarkozi dövründə müsəlman qadınlar üçün niqabın qadağan olunması, ümumiyyətlə müsəlman qadınların örtünməsi istiqamətindəki problemlər multikulturalizm mövzusunda təyin edici rola malikdir. Bütün multikulturalizm mübahisələr Fransada qadının örtünməsi ətrafında davam edir. Fransa multikulturalizm məsələsində ciddi çətinliklər ilə qarşı-qarşıyadır. Fransada hal-hazırda Fransız tipli bir multikulturalizm modelinə ehtiyac olunduğu vurğulanır.
Dostları ilə paylaş: |