Atam
nəccar idi, dərs alıb ondan
Oldum zəmanədə ustad sözyonan,
Sözün matqabilə çalışaraq, mən,
Kaman düzəldərəm
qövsi-qüzəhdən. Ağıl kəməndini
atarsam, inan, Ayı bir top kimi
tutaram, haman, İlham tişəsini
işlətsəm əgər,
Yüz tayfa qarşımda qəddini əyər.
Rəndəmdən çıxaraq, tökülən yonqar,
Hurinin üzündə bir telə oxşar. Musa
ağacıdır ağacım tamam, Tuba
budağından düzəlib taxtam. Ağlımın
davatı o ağacdandır, O taxta
mənimçin bir təxti-candır. Hürmüs
haradadır, hanı o alim? Gəlsin ki,
təxtini özüm düzəldim. Nuh hanı ki,
ona verim yadigar, Bu memar
təbimdən sə arə, pərgar. Nə qədər
məskənim bu xoş məkandır. O Şərvan
deyildir, bir xeyrəvandır. Təsdiq
etməsə də bir neçə naşı, Xaqanilə
bitmiş söz yonmaq işi.
Dostları ilə paylaş: