1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s



Yüklə 236,35 Kb.
Pdf görüntüsü
səhifə19/30
tarix02.01.2022
ölçüsü236,35 Kb.
#41233
1   ...   15   16   17   18   19   20   21   22   ...   30
1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s

MUSİL VƏ ŞAMIN TƏSVİRİ

Ey vəsli, hicranı tərk edib gedən,

Babilə, Məşhədə hərdəm meyl edən.

Babilin havası və torpağından,

Hasilin qızdırma oldusa, inan. Əlacın

Şamdadır, durma, ora get Şamın

torpağını dərdə dərman et! Yüz min

il dövr edən bu sonsuz səfər, Sənə

verdi ancaq tükənməz zərər. Tərk et



bu iki mıx, yeddi pərdəni, Yoxsa,

qütbü fələk tərk edər səni. Hörmətlə

gəl yetiş Musilə, Şama, Qütbdür,

fələkdir bu yer islama. Bu elə

qütbdür, yox bir zərəri, Bu elə

fələkdir, yox şurü şəri.

Bu sonsuz fələkdir iki dünyaya,

Qütb isə köməkdir iki dünyaya.

Bəsdir,

sən


qədər


söylənəcəksən,

Buqələmunsifət şamu səhərdən, Baş

əymək başqa bir yerə haramdır,

Səhərin, axşamın cəlalı Şamdır.

Şamın üç hərfiylə hər iki aləm,

Yaranıb olmuşdur sabit və möhkəm.

Bir bax ki, başında "şin" tutmuş qərar,

Ortada "əlif"dir, sonunda "mim" var.

Zəncilər şahı tək, bəzənib durar,

Ayaqda xalxalı, başda tacı var. Əlifi

ortada bir mayak kimi,

Qaldırmış göylərə bir dayaq kimi. Bir

işıq yayılır hər səhər erkən, Şamın şin

tacının dəndənsindən. Yerin xoşbəxt

oğlu müqəddəs Şamdır, Dinin anasına

bir ehtişamdır. Samın qulluğunda

olmaqçın nökər, Göylər kəhkəşandan

bağlamış kəmər. Kəhkəşan yolunda

bu doqquz fələk, Qoymuş xonçasına

ayı danə tək. Ayı başaq üstə danə

edərkən, Almış oraq, sünbül Şam

xərmənindən. Doğrudur, Misir də

gözəl məkandır, Lakin Şam önündə o

bir samandır. Jənnətdən atılan o

saman ki, var, Jismə qüvvət verməz,

cana tor qurar. Dara orağından düşüb

o saman, Orağı odludur çaxmaq

daşından. Dinin gözlərinə batdı o

oraq,

Dinin gözlərindən qanlar axdı, bax.



Günəş də vuruşur Misirlilərlə, O

da nizəsini almışdır ələ.

Misrin öz adında bir şikəstlik var,



Şamdan oğurlamış bir hərfi, aşkar.

Şamın ayağını alaraq, haman, Başına

qoymuşdur, heç utanmadan. Şamın

dəftərində bax Misrin adı, Pozuq bir

hərf kimi heç oxunmadı. Hər iki

aləmdən Şamda nişan var, Rəvamı,

Misr ilə olsun həmqətar? Pərdəylə

örtülmüş Misrin üz-gözü Çıxmış

xatirədən büsbütün özü. Onun

surətinə düşən bu ləkə, Yaratmış hər

zaman dinə təhlükə. Misrə nöqtə

qoysan, tez müzürr olar.

Görün, bir nöqtədə nə sirrlər var.

Şamsa mələklərə möhkəm pənahdır,

Düz yol yolçusuna bir qibləgahdır.

Buradan dərs almış nəbilər tamam,

Pak ruhə şirədir, qüvvətdir bu Şam.


Yüklə 236,35 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin