Fazil adamlara lağ edər ancaq. Janı
bədxahlıqdan başqa işi yox. Çarx
Qəlbir tək boşluqdan ibarət olan,
Adamlar buğda tək düşüb qalmışlar,
Arzu quyusunun dibinə, naçar. Yel
kimi sayəsiz gəldi-gedərdir, Kölgə
tək cisimsiz canı hədərdir. Qıvrımdır
nanəcib dilbər saçı tək, Hiyləgər
dost kimi qurarlar kələk. Sehrlər
düzəldən bu rüşvətxorlar, Yalanı
etmişlər hər işdə şüar.
Haram mal yeməkdir bütün
işləri, Doludur zəhərlə iti dişləri.
Əbədi dönmüşdür qəlblərində şam,
Başları bu şamı söndürmüş tamam.
Şeytan ətsəsindən doğmuşlar, əlbət,
Heç bir kəs bu fikrə eyləmək heyrət.
Çünki olsaydılar Adəm
nəslindən, İsayə bənzərdi üzləri,
həmən
Düşmüşlər ardına şöhrətpərəstin, Hər
qanmaz eşşəyin, murdarın, pəstin.
Olsa da zahirdə adları Buzər,
İşdə Buləhəbdən daha da bədtər,
Zahirdə gözəlsə, çirkin batində,
Qıfıl tək salmışlar cismimi bəndə.
Bu xərlər bənzəyər, sankı bəşərə,
Lakin yaramazlar bir xeyrə-şərə.
Bəzi qulaqlara pıçıldayaraq,
Dedilər aləmdə məhşər qopacaq.
Otuz ildən sonra baş verib bir sirr,
İyirmi bir bəla törəyəcəkdir.
Fəlakət qopacaq, bu dünya həmən
Alt, üst olacaqdır sudan, küləkdən,
Üfüqdə hərəkət edən ulduzlar,
Böyük bir qəzaya olacaq düçar.
Onlar səyyarələr içində tək-tək,
Dolaşıb, üçbucaq təşkil edərək,
Tərəzi bürcündə birləşən zaman,
Böyük fəlakətə düşəcək cahan. Bu
bəla üz verən zamanlar bişək, Şimal
qütbünə çox zərbə dəyəcək. Lakin
məddah şair hərzə-hədyandan,
Dünyada qorxuya düşməz heç zaman.
Kimin sənin kimi bir arxası var,
Vecinə gəlməz heç, bu uydurmalar.
Xaqani inanmır bu yalanlara, Gülür
bu yalanı uyduranlara. Çünki sən
özünsən külli-ixtiyar, İstəsən, bəlalar
bizlərdən qaçar. Sənin bəndələrin çox
olar onda, Göydəki hesabsız
ulduzlardan da. Hifz olsun bəladan
dövlətin, varın, Bütün qurduqların,
yaratdıqların.
Dostları ilə paylaş: