QARADAŞIN TƏRİFİ
Bilal tək dayanan qaradaşa bax,
Zahiri qarasa, batini parlaq.
O bir daş deyildir, qızıl misaldır.
Kəbənin üzündə o, qara xaldır. O
qara içində bir nur var gerçək,
Zülmətdə saxlanan abi-həyat tək.
Ya zülfün içində bir günəş üzdür,
Ya da ki, bəbəyi qara bir gözdür.
Hərfləri içində Quran sirri var. Ya
zülmət gecədə yağır bəyaz qar. O
bakir və qoca hindli-qaradaş,
Sirrini heç kəsə eyləməyir faş.
Xalq onun sirrinə vaqif olmadan.
Aquşə alaraq öpür hər zaman.
Vardır üç qardaşı onun yenə də,
İraq ölkəsində, Şamda, Yəməndə.
Anadan olarkən dörd qarındaşı,
Hər dördü xidmətdə durdu yanaşı.
Dostları ilə paylaş: |