1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s



Yüklə 236,35 Kb.
Pdf görüntüsü
səhifə11/30
tarix02.01.2022
ölçüsü236,35 Kb.
#41233
1   ...   7   8   9   10   11   12   13   14   ...   30
1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s

BAĞDADIN ABÜ HAVASI

HAQQINDA

Bağdadın eşqilə qoca dünyada,

Əziz ömrümüzü vermişik bada.

Dirilik suyudur suyu, müxtəsər,

İçənə əbədi həyat bəxş edər.

İsa nəfəsidir havası, bilsən,

Ölünü dirildər yenə

təzədən. Burada fəzilət əhli,

mü əsil,

Məşğuldur elmlə, hünər ilə bil. Hər

sözü onların min məna saçar, Hər

lövhi bir anda min məktəb açar. Hər

məktəb səkkiz bağ kimidir, bişək, Hər

biri beyinin üç hücrəsi tək. Hafizə,

düşüncə və xəyal, həmən,

Doğmuşdur yəqin bil bu üç hücrədən.

Onların ədalət məhkəməsində,

Olmuşdur bu dünya bir kiçik bəndə.



KUFƏNİN TƏRİFİ

Bağdaddan sonra da sən Kufəyə get,

Kufəni səadət torpağı zənn et,

Kufəyə girərkən əvvəlcə, şəksiz,




Dörd arx görəcəksən orada təmiz.

Kufə əhalisi ədalət deyə,

Hörmətlə baxırlar Bağdad

səmtinə. Bir şəhər görərsən fazil

adamlar, Kamalla, lütflə orada

yaşar.


Kufənin genişdir xeyli sahəsi,

Qurtarmaz buranı gəzsə də Məsih.

Yatıb Hud peyğəmbər burada rahət,

Nuh da bu şəhərdə etmiş iqamət.

Su, atəş içindən bu yer yüksəlir,

Məşriqə, Məğribə gözəllik verir.




Yüklə 236,35 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin