üzərinə. Kainat yer ilə belə
Hər xə bir nöqtədən baş alıb gəlir.
Torpaq xəznəsidir cəvahiratın.
Dünyanın beşiyi olmuş bu torpaq,
Torpaqdan doğulmuş mənalar, ancaq.
Mustafa torpaqda yatdığı üçün, Yer
göydən əzizdir, üstündür, üstün!
Ürək ikiüzlü aynadır, ancaq
Onu da hifz edir bizim bu
torpaq. Bir üzü işığa meyl edir
hər an; Digəri ayrılmır qara
torpaqdan.
Torpaqdır beşiyi bütün xilqətin,
Hər bakir mənanın, sözün, sənətin.
Daima dövr edən bu mavi göylər,
Yerin, məxluqatın dalınca dönər.
Torpağa hörmətlə ayaq bas ki, sən,
Yerdə öz-özünə göyərməmişsən.
Səfərdə uzağa tutub üzünü,
Dördüncü iqlimə çatdır özünü. O
dördüncü iqlim, yeddinci göydən,
Yerin sayəsində üstündür, bil sən.
Günəş, ölkələrə, qızardımı dan Yayır
öz nurunu dördüncü qatdan.
Dördüncü növbədə yarandı insan,
Sırada dördüncü kitabdır Quran
Dördüncü ölkəyə səfər et sən də,
Çatarsan məqsədə bu səfərində.
Göyün doqquzuncu atına atlan,
İraqa yola düş, bir an durmadan!
Dərdinə bir çarə axtarsan əgər, Ona
yenə İraq bir çarə edər.
Torpağı o dünya torpağındandır,
Dirilik suyu tək suyu dərmandır.
Yanağın qızarar İraqda olsan, Ağzın
dada gələr onun suyundan. O yerdə
çox gözəl abü hava var, Azca orda
qalsan səni sağaldar. Abi-kövsər
kimi şəffaf bulaqlar Ərzin
mərkəzində ulduz tək parlar.
Donmuş bir ruhdandır torpağı onun,
Odur ki, əzizdir qucağı onun, Göyün
üst qatıdır İraq torpağı, Göy isə o
yerdən durur aşağı. Sən bu sözləri
ki, məndən öyrəndin Oxu qulağına
İraq əhlinin.
O zaman yəqin ki, sənə mələklər,
Hər addım başında min əhsən deyər.
Dostları ilə paylaş: