bədənimi sürüdüm, yenə. Uzaşdım
keçib getdim mən. Şərvan
məqsəd dalınca İraqa getdim, Qaldı
Qara dəniz mənim arxamda Səfidrud
çayını keçdim bir anda.. Gördüm
Kuhistana çatıb, nəhayət, Səkkiz gözəl
bağ tək yeddi vilayət. Torpağı İsayə
tutiya verər,
Daşları Musayə kimiya verər.
Orada hər ilin dörd baharı var,
İki bayram görür gündə o diyar.
Nəzəri cəlb edir qamışlıqları,
Qərənfil bağları, meyvə
bağları. Onun hər tərəfi bir
gülüstandır.
Gözəl ətir verən bağdır, bostandır.
İki top qoymuşdur Xuzistana o, Üç
zərbə vurmuşdur Hindistana o.
Torpağı çəməndir onun bahar, qış,
Çayların belində körpü çatlamış...
Tağlı körpüləri yeddi gözlüdür,
Gülləri saplaqda səkkiz üzlüdür.
Qaçaqdan, quldurdan asudə, lakin
Xəzinədarları büsbütün xain.
Təəssüf, belə bir cənnət kimi yer
Jəhənnəm əhlinin əllərindədir!
Kəsər vəhşi kimi yolları onlar,
Gündüz yatıb, gecə ova çıxırlar.
Onların həyatda məqsədləri yox,
İnsanlığa azca hörmətləri yox. Yolun
kənarına çıxıb, səhərlər, Guya,
qonaqları qəbul edirlər. Lakin, o
hiyləgər tülkülər, hər an Pusquda
duraraq, güdürlər karvan. Əvvəl,
yol göstərib, karvana onlar, Sonra da
yolunu kəsib, soyurlar. Üzdə
gülsələr də, dişləri qanlı, Zöhhak
ağızlıdır, əjdaha canlı İsti qumda
bişmiş yumurta kimi, Duyğusuz
qəlbləri duya bilirmi? Əhli san
heyvandır, insan deyil, yox! Tufanlı
dəniz tək qəzəblidir çox. Onlar nə
dindirər, nə də ki, dinər Nə fəryad
eşidər, nə aman bilər. Orda
oğrularla dostdur darğalar, Hərənin
min dili, min peşəsi var. Yaman
naəhl olur o yerin əhli - Həm oddur,
həm sudur onların dili. Bəla rəngi
vurur boyaqçılar da, Odur ki,
qaradır adamlar orda. Samirilər
kimi danışan zaman, Od, alov
püskürür ağızlarından. Çörəkçisi
dəxi yaman xəsisdir, Mələk
sifətlidir, lakin iblisdir. Gecə adam
yeyər orada aşpaz Gündüz İsa ilə
eyləyər niyaz. Qəssabı da gündə
neçə can alar, Boyaqçılıq üçün qızıl
qan alar. Dərziləri üzdə gülürsə
əgər,
Daxildə çox xəsis, hiyləgərdirlər.
Dövlət adamları əyridir tamam,
Rüşvətlə dolanır hakimlər müdam.
Qərəz... Janilərdən tez ayrılaraq,
Getdim, özlərinə qaldı bağça,
bağ...
Dostları ilə paylaş: