yerdə sanasan yüz Nil axardı. Soruşdum:
vüsalından. İsa nəfəsindən
Adəm bu su ilə gəlmiş meydana.
Ondan pay umaraq yolunu gözlər.
Bir zərrə qədərdir yanında Seyhun,
Bir korun göz yaşı qədərdir Jeyhun.
Bu huma üzlünün ördəyi də bil,
İnan ki, unqadan heç kiçik deyil.
Burada yüksələn hər bayquş səsi,
Gəlir qulaqlara Barbəd nəğməsi.
Onun hər yerinə əl atsan əgər,
Əlinə mirvari və sədəf gələr.
Balıq tutmaq üçün gələr Süleyman,
Onları qızardar Məsihlə Rizvan.
Hər ləhzə bu çaydan sahilə tərəf,
Hücuma keçərlər balıqlar səf-səf.
Burada Xızr ilə Musa yuyunar,
Hər bir qətrəsində yüz min kövsər var.
Bu çaya baş vurdum mən də bir zaman,
Keçdim dalğasından, möhkəm
hasardan.
Dostları ilə paylaş: