GÜNƏŞƏ XİTAB EDƏRKƏN
QIZILI MƏZƏMMƏT
Uşağa xoş gələr qırmızı, sarı,
Kişi cummaz lələ, qızıla sarı.
Qızıl gül fənaya getməzdi, inan,
Gülü olmasaydı ləldən,
qızıldan. Pislik zatındadı qızılın,
əslən, Gülləri ölümə odur sövq
edən. Qızılın sikkəsi iki oldumu,
Dərddir sahibinə ömrü uzunu.
Hər kim qızılını atır kisəyə,
Kisə tək boğazı, keçir ilməyə.
Kimin qızıldadır gücü, yəqin bil
O, quldur, qızılın sahibi deyil! Bir
möhnət odudur cana simü zər,
Düz olar qızıla deyilsə "azər"
Zərdüştün adının əvvəlidir zər,
Zərə arxalanır atəşpərəstlər.
Zər nədir? Sönmüş bir atəşdir, ancaq,
Ona demək olar, bir ölü torpaq.
Bəlkə, onu yanlış torpaq sanırsan,
Qızıl od, parçası olmuşdur, inan.
Ürək çeşməsinin bağlanmış gözü,
Belə sönmüş odla açılmaz, düzü.
Qəlbini qızıla bağlasan bir az, Bu
qapı, üzünə sənin açılmaz. Tamah
dəmirindən geyinsən paltar, Qızıl,
paltarına miqnatis olar. Bu dəmir
paltarı çıxarsan, əgər, Dərhal, qızıl
maqnit səndən əl çəkər. Qızıl həm
oğrudur, həm də gülbədən Bir
yolluq üz döndər ikiüzlüdən. O büt
görünsə də müqəddəs pəri,
Sındırmaq gərəkdir elə bütləri.
Xaqaniyə birdir tamahkar olmaq,
Qızıla, ya cansız bütə tapınmaq.
O, büt sındırmağı öyrənib çoxdan.
Atəşpərəstliyin qaçmış odundan.
Altıbaşlı dünya arzılar insan, O sa
yeddibaşlı ilandır, inan. Qızıl,
kimin tutub gözlərində yer. O,
daha aynaya baxa bilməyir.
* * *
Sən, ey gövhərlərə gözəl rəng verən,
Hər şeyə bir surət, bir ahəng verən.
Dünyada hər kəsə əziz, mehriban,
Hamıya bir baxan, bir nəzər salan
Günəş! Sən hər şeyə nüfuz edirsən,
Çox böyük, çox uca olsan da, bəzən.
Enirsən üstünə qara torpağın, Ayağı
altına hər bir alçağın. Ey, kimsədən
işıq əsirgəməyən, Nə üçün kəsirsən
nurunu məndən? Dostdan əsirgədin
mehribanlığı, Ancaq düşmən edər
bu yamanlığı. Şirvan, şəfəqinə qərq
olub tamam Bəs, niyə mən belə
qaranlıqdayam? Dərdimi açmağa bir
həmnəfəs yox, Xoş söhbət etməyə
yaxın bir kəs yox, Möhnətlə sinəsi
dağlı qalmışam, Qüssədə ayağı bağlı
qalmışam. Pars odu püskürür
dodaqlarımdan, Edib hind xəncəri
qəlbimi şan-şan. Qapı halqası tək
asılıyam mən, Sızlaram hər yetən
namərd əlindən. Gərəksiz daş kimi
başsız, ayaqsız, Qaranlıq guşədə
qalmışam yalqız. Başıma bir çəkic
zərbəsi dəydi, "Əlif" qamətimi
"mim" kimi əydi. Ey günəş, bu qoca
dünyada təksən, Xalqın qapısında
həmişəliksən. Mən qapı halqası
olmuşam deyə, Ahım halqa-halqa
yüksəlir göyə. Elə ki, bu ahlar
sinəmdən axır
Mənim boğazımı yandırıb yaxır.
Yüksəlir göylərə, o, zəncir təkin,
Keçir ayağına Bənati-nəşin.
Çoxdur pəncərəsi, günəbaxanlar - Hər
halda mənim də bir pəncərəm var.
Möhtəşəm bayrağın yüksələn zaman
Min dügün açırsan, nə olar, bir an
Mənim də gözümün pəncərəsindən,
Baxasan bir anlıq ürəyimə sən... Kim
ki, dal qapıdan alır ruzunu, Yenə pay
verirsən ona nurunu. Elə adamlara
üzük verirsən,
Ki, onu torpağa atırlar həmən. Bir
süfrə ki, onda çoxlu qızıl var, O
süfrəni yerə kim tutub çırpar? Balıq
tək yüz qızıl pulu olanlar, Bilirlər
onların min dəryası var. Dövlət nə
qüdrətin, nə hünərindir Mənsəb
də, sərvət də nakəslərindir. Kim ki,
alçaqlara edir yaltaqlıq Yetir
muradına, o edir şahlıq.
İnsafdan əsər də qalmamış gör,
bir Zəmanın ələyi nə zülm ələyir.
İndi, bu dünyada qalmamış
nişan İgidlik, kişilik və
adamlıqdan.
Fələyin dövranı dəyişmiş,
artıq Günəşin özü də edir
paxıllıq.
Yox, tamam yanıldım, hələlik, bəsdir,
Bunlar gəlib keçən ani həvəsdir.
* * *
Ey, göylərin gözü və keşikçisi!
Ey, yer çörəkçisi, göy çörəkçisi!
Ey, Yeddi çəmənə yaşıllıq verən,
Ey, altı gəlini al bəzəndirən,
Ey, heç qapanmayan, hər, vaxt açıq göz,
Ey, yanan odlu dil, demədən bir söz;
Sənin qüdrətinlə bağlarda müdam. Boy
atır həm igdə, həm püstə, badam. Sən
göy günbəzinə yağdıranda nur, Ayın
da kisəsi narıncla dolur.
Bir sənin sayəndə bu göylər, ancaq,
Bağlayır belinə qızıldan qurşaq.
Qızıl nəştərinlə sən qan alırsan
Gecənin qapqara zülmət qolundan.
Qızıl şəfəqinlə dünyalar yanır -
Aləm al qırmızı rəngə boyanır.
Sənin işığının sayəsində, qan, Göhər
olur daşda qaldığı zaman. De, hansı
baş taci səni unudur, Xaqani özü də
sənin qulundur. Qəbul et yolunda
başından keçən Bir qulun başını,
töhfə kimi sən! Ey, daim, gözlərə
işıq, nur verən, Həqiqət aləmi,
həqiqət görən, Səni olduğun tək,
bilməsəm əgər, Bağışla, kor kimi
olur qəriblər. Ey gövhər sərrafı,
özün vaqi ən Niyə bir də məndən
sirr öyrənirsən? Avam bir kişiyəm,
həm savadı kəm, Nə yerə, nə göyə
bələd deyiləm. Nə yaxşı elmim var,
nə biliyim var, Belə bir adamdan nə
ummaq olar? Özüm də xəcalət
çəkirəm bu an, Üzümü tər basır
utandığımdan. Sənə təzim edib,
mən baş əyərək, Dururam qarşında
qolu bağlı tək. Səhər üzr istəyir
əvəzimdə, sən - Mənim
günahımdan gərək keçəsən. Hər
zaman gülərdir üzü səhərin, Çünki
aynasıdır doğru kəslərin. Aparsın
üzrümü səhər nəsimi, Qübardan
təmizlə, tozlu qəlbimi. Xaqani
məclisi sənin nurundan Zövq alır
göylərdə yandığın zaman. Bildin
hər sirrini, hər adətini, İşıqda
göstərdin ibadətini.
Quru, yaş olursa onun odunu,
Yəqin ki, sən özün edirsən bunu.
Səndəndir, əlində gül-çiçək olsa,
Səndəndir, ovucu qızılla dolsa.
Səninlə həmsöhbət olduğu zaman,
Yunu ipək kimi yumşalır, inan!
Dünyanın buz kimi sərdabəsinə,
Jəlalın hərarət bəxş edir yenə.
Unutmayıb, onun süzüldükcə sən
Hərdəm qapısından,
pəncərəsindən. Hörürsən qırmızı
qızıldan cuna, Otağı bəzənir, girir
min dona. Doldurub evini bəzəklə,
pulla, Onun ətəyini xalis qızılla,
Silirsən, qaldırıb yerdən başını -
Həm alın tozunu, həm göz
yaşını. Fəqət, sən örtüyə bürünən
günü Çıxır Xaqaninin göylərə
ünü.
Hər ağır xəstənin dərmanı sənsən,
Şərvan məhbəsində bir dustağam mən.
İkimiz də dərddən saralmışıq biz -
Od-alov içində yanır qəlbimiz: Hey
giley etmişik biz əllərindən, Vəfasız
dünyanın əməllərindən. Bədənim dərd
üçün həm kor quyudur, Həm dəmir
dağıdır, qürurla durur. Sirləri quyu
tək örtəsən gərək, İfşa etməyəsən
onları dağ tək. Əcəm xasiyyətli
adamdan bir az Gizli sirr eşitsən
faydasız olmaz.
Dostları ilə paylaş: |