Son qoyub tərifə və şikayətə,
Çatdırım sözümü mən
nəhayətə. Sözümü düzərək
incilər kimi, Çıxarım zahirə öz
hünərimi.
İslamın sədridir o böyük insan, Şamın
sahibidir, hər hökmü rəvan. Dünən
qulağıma asimandan bir - Səs gəldi,
dedi ey qüdrətli şair! Nə üçün
dünyaya, dinə pasiban Jəmalı mədh
etdin sonra hamıdan. Yəqin ki, burada
sir var, söylədim, Yəqin ki, bu işi
qəsdən eylədim. O da Məhəmməddir,
çünki, xilqətdə, Elmdə, səxada, adda,
hörmətdə Məhəmməd sonuncu
peyğəmbər gəldi, O, peyğəmbərlərdən
uca yüksəldi. Ruh sonra gəlmişdir,
təbiətdə, bax, Əvvəl nüftə oldu, sonra
da uşaq. Üç varlıq yarandı, sonra da
insan, Üç kitab yarandı sonra da
quran. Gecənin sonunda üç açar səhər,
Əvvəl ot yarandı sonrasa güllər. Əvvəl
daş yaranar sonra da mədən, Zülmətdə
dirilik suyu görərsən. Əvvəl papaq
olar sonrasa bəzək, Hər bir şey
tamlanar, axırda, gerçək. Əvvəl ulduz
olar göydə nümayan, Axırda görünər
xurşidi-rəxşan. Bu üzrüm qəbulə
keçərsə, yenə Başlaram o böyük sədrin
mədhinə: Ey səxa sultanı həqiqət səsi!
Ey kəmal günəşi haqqın kölgəsi!
Dinin cəmalısan, ey Jəmaləddin,
Dünyaya yayılan kölgəndir sənin.
Fələk qulamındır, mən də nökərəm,
Qulundur dünyanın fazilləri həm.
Şirvanın darısqal mənzilində mən,
Mədhini düzürəm öz can şirəmdən.
Mən səni mədh edib gələrkən dilə,
Bakirə ilhamım olar hamilə.
Qulağım gövhərlə tamam
bəzənər, Təbimdən yaranar bal ilə
şəkər. İdrakım söz açar
şərafətindən,
Qəlbimin qulağı dinləyər,
həmən. Qəlbimin qulağı bəzəndi
tamam, Zər sırğa taxaraq oldu bir
qulam.
Nə üçün mədh etdim onu, bilirsən?
Nə üçün bu yolun yolçusuyam mən?
Günəş məclisindən təbim budur,
bax, Nurlu bir cəvahir oğurlayaraq,
Dedi: - qiymətlidir, al bunu,
hökmən, Gizlət öz xatirat xəzinəndə
sən. Bərcis bu söhbəti eşidən kimi,
Günəşin dibindən kəsdi əlini.
Dan yeri qızardı, açıldı səhər,
Al qana boyandı yanan üfüqlər.
Sonra günəş məndən aman istədi,
Dayanıb qarşımda təzimlə dedi: -
Ey Xaqani, haman gövhəri yenə
Qaytar öz yerinə, allah eşqinə.
Xacədən xəcalət çəkdimsə hər gün,
İraqə getməyim olmadı mümkün.
Qırx günə bu qədər cəvahiri mən
Qələmin ucuyla yona bilmişəm...
Jəvahirlər sapa taxılan zaman,
Onları günəşin asdım
boynundan. O boyunbağını mən
asdım, bəli, Çünki kəsilmişdi
günəşin əli.
Ləli sahibinə qaytarsam əgər,
O məndən, əlbə ə, qəbul edilər.
Oğurlanan şeylər necə var yenə,
Tezcə qaytarılsın öz sahibinə.
O məni salmadı bir an nəzərdən, Mən
də onun üçün dürdən, gövhərdən,
Boyunbağı düzdüm, xoşdur əməyim;
Bahasını ondan necə istəyim?!
Kim, belə yazaram, desə əbəsdir. Bu
hədiyyəm Şama, İraqa bəsdir. Haqqım
var fəxr edəm, qoy bilsin əyyam, Mən
söz dünyasının padişahıyam. Nə vaxt söz
qılıncım qalxdı yuxarı. Qolu kəsik qaçdı
söz oğruları.
And olsun Əhmədə, dünyada heç kəs,
Bu inci sözləri yarada bilməz. Ağlım
məni dünya pənahı sandı, Ruhum
ülviyyətin məddahı sandı. Rəbbim
bəlalərdən, qoy versin nəcat, Onun
sayəsində düzəlsin həyat! Bu din
aləmində çoxlu hikmət var, Lakin, bil,
ədalət əbədi yaşar. Bir an əksilməsin
onun başından, Allahın kölgəsi,
durduqca cahan. Mələklər söylərkən
mənim duamı, Cəbrayıl qoy, desin
onlara amin.