1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s



Yüklə 236,35 Kb.
Pdf görüntüsü
səhifə28/30
tarix02.01.2022
ölçüsü236,35 Kb.
#41233
1   ...   22   23   24   25   26   27   28   29   30
1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s

İZZƏDDİNİ TƏRİF

Bir nəzər saldıqda ali məclisə,

İzzəddin yadigar qalmışdır bizə. Var

ikən sinəmdə qəmlərdən qubar,

İzzəddin olmuşdur mənə qəmküsar.

O məni oxşayar, əzizləyərdi,

Alardı könlümdən hər qəmi, dərdi.

İzzəddin Məhəmməd mənə verdi can,

İzzətlə yüksələr hər kiçik insan.

Əlimdə izzətdən bir sənəd vardır.

İzzətlə yaşayan nə bəxtiyardır.

Həqiqət əhlinin dəftərlərindən,

Almışdır məhəbbət dərsini, bil sən.

Həqiqət əhlinə günəşdir üzü,

Hər oruc tutana bayramdır sözü.

Söhbətə başlarkən o böyük

ustad,

Zəmanə Söhbanı susub, qalar mat.



Düzlük aləmində qəlbi təmizdir,

Dinin havasında safdır, əzizdir.

Yumuşdur sədaqət bulağında o,

Könül paltarından təmə tozunu.

Düşməndir o, zülmə, nəfsə, zülmətə,

Könül verməmişdir bir xəyanətə.




Ürək paklığını etmişdir şüar,

Onunçun adını qoymuşdur Qəssar.

Gördüyü rəngləri yumuşdur haman,

Könül güzgüsündən və göz yaşından

Möcüzə diqqət et, göstərib hünər,

Gör necə su ilə güzgü təmizlər.

Onunla hər görüş bir səadətdir, Hər

sözü, söhbəti bir nəsihətdir.




Yüklə 236,35 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin