DÜŞMƏNLƏRİ TƏNQİD
Bir neçə eşşəkdən deyim sizə mən,
Dad qılır onların yer-göy əlindən. O
murdar uşağı qaşqabaqlıdır, Həm də
yeddibaşlı, dördayaqlıdır. Hər
zaman, o murdar uşağı, murdar,
Sözümdən gözəllik oğurlayırlar,
Çirkin sözlərinə qatırlar onu, Şer
bazarında satırlar onu.
Jəfəng sözlərini oxuyan kimi, Joşuram
qəzəbli bir ümman kimi. Murdar
ağızında onların, zinhar, Baxmayın,
yüz hovuz heyz qanı var. O divbaş
adamlar heybətlidirlər, Div kimi
onlar yüzsifətlidirlər. Uzaq olsalar da
iş hünərindən Od yağır qəhərli
nəfəslərindən. Bu mülhüd eşşəklər
düşməni-dindir. Din satıb deyirlər -
meydan bizimdir. Hər zaman
"Ələmovt" deyib dururlar, Heyf ki
"əlmovtdan" uzaqdır onlar. Mənim
sözlərimi, yaxşı dinlə bir, Əlmovtun
özü də ölüm deməkdir. Əmr tək
düzlükdən dəm vursalar da Əyrilik
görərsən, yalnız, onlarda. Onlar
alçaqlara çox alçalıblar -
"Dal" kimi, "nun" kimi əyri
qalıblar. Onlar etibarda Kufə
əhlidir, Bağdad əhli kimi haça
dillidir. Onlar gözü qırıq iynəyə
bənzər, Gözsüz iynə işə yararmı
məgər? Nə zaman qırılsa gözü
iynənin, Bir işə yaramaz, atılar,
yəqin. Əbləh adamların nə faydası
var, De, nəyə gərəkdir, xudaya,
onlar? Alçaq adamların bizə xeyri
yox, Lakin peysərləri yoğun olur
çox, Mənimsə, dünyaya gələndən
bəri, Nur saçır tacımın
dəndənələri; Lakin bu siyasət
xadimlərinin Çürük dəndənəsi
qoxur qan, irin. Onların, görəndə
yağlı tikəmi Ağzı tez açılır əjdaha
kimi.
Qalıq içə-içə gülgun camımdan,
Salırlar hörmətdən məni hər zaman.
Əvvəl, qarət edib, barlı bağımı,
Sonra söndürürlər bağ çırağımı.
Düşürüb süfrəmin töküntüsündən,
Tez, qarət edirlər evimi, birdən.
Əvvəlcə əxz edib bildiklərimi, Sonra
da hürürlər mənə it kimi. Fənndə
qəribəm, demək, təkəm, tək! İtlər də
qəribə hürərlər, bişək. Dilimi
öyrənib tez dil açınca Söyüş
yağdırırlar mənim dalımca. Günəş
sayəsində bulud olurlar, Tuturlar
günəşin üzünü onlar; Bir mələk
eşqilə yüksəlsələr də, Ona kin
bəsləyib, düşürlər dərdə. Hər kim
bu girdaba düşərsə, əgər, Başı günəş
kimi bəlalar çəkər. Özünü mənimlə
qiyas edən kəs Utanar dünyada o
gəzə bilməz. Ariflər tanırlar saxta
sözləri, Seçirlər samandan müşkü
ənbəri. Göydə süzən aya göz qoysa
əgər, Onu çarqatdakı aydan tez
seçər. Çünki həqiqi ay hərəkətdədir,
Süni aysa donuq vəziyyətdədir.
Birinin günəşlə əlaqəsi var,
Digəri civədən rəng alıb, parlar.
Dostları ilə paylaş: |