1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s



Yüklə 236,35 Kb.
Pdf görüntüsü
səhifə24/30
tarix02.01.2022
ölçüsü236,35 Kb.
#41233
1   ...   20   21   22   23   24   25   26   27   ...   30
1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s

ÖZ VƏZİYYƏTİNDƏN ŞİKAYƏT

İndi də halımdan, qoy, gileylənim,

Gör, necə olmuşdur əhvalım mənim:

Bəla dənizinə düşdüyüm gündən,

Sədəf tək əlsizəm, ayaqsızam mən.

Mirvari tapmaqçın amansız fələk,

Doğrayır sinəmi, hər an, sədəf tək.

Gümüş tək əridir, gah, bədənimi,

Gah da qəmlə əzir bir civə kimi.

Məni titə gördü zamanın gözü,

Soldu, çopurlaşdı bəxtimin üzü.

Dərdidir o titə belə dövranın,




Çopurluq şərridir bizim Şərvanın.

Olsam da mən dünya görmüş qaraquş,

Zəmanə qol-qanad məndə qoymamış.

Çıxır boğazımdan, hey, ahü fəğan,

Paxıllar əlindən çəkirəm aman. Mən

işlək öküzəm, meydan isə dar, Hər

işdə sayırlar məni günahkar. Zəmanə

boynuma bağlayıb kəmənd, Jismimi

etmişdir bu meydana bənd, Amansız

fələk də məni hər saat, Bir işlək öküz

tək qoymayır rahat. Ürəyim bağlayır

günbəgün qubar, İşimin nə sonu, nə

əvvəli var.

Arzu varsa da, ona yol yoxdur,

Murada çatmağa maniə çoxdur.

Göz yaşım rəngdə zərişgə döndü,

Batan günəş kimi surətim söndü.

Gördükdə ürəyim od tutub yanır,

Zərişgin qəlbi də tez alovlanır.

İşim baş tutmayır, ürəyim sınıq,

Məzuram boğarsa məni hıçqırıq.

Fitil nazik olsa, tükənərsə yağ,

Titrək işıq saçar ətrafa çıraq.

Mənsur dövrü kimi, gör necə işdir,

Mənim bir günüm də xoş keçməmişdir.

Bir təqvim ilində olan kimi bəxt,

Bir gün artırmadı ömrümə heç vaxt.

Elə ki, qurtarır təqvim məhv olur.

Deməli, varlığı qurtarır, solur.

Onunla bir daha hesab edilməz,

Ondan heç kəs tarix öyrənə bilməz.

Onu yox edərsək dönər xəyala,

Onunla oturub baxmazlar fala. O ya

vərəq-vərəq verilər yelə, Ya

kitabxanadan atılar çölə.

Ya silib atarlar əlin kirini,

Küçəyə səpərlər vərəqlərini,

Əzəl sayılsa da lazım, mötəbər, Sonra

bir gərəksiz şeyə çevrilər. And olsun

allaha, dövrün əlindən, O vaxtı

qurtarmış təqvim mənəm, mən. Heç

vəfa görmədim bir həmdəmimdə,




Görmək nə, heç onu eşitmədim də.

Yusif qardaşlardan çəkdi min əzab,

Mən ondan daha çox çəkdim iztirab.

Könül dərd əlindən düşdü təlaşa,

Oxşaram bir küncə atılan daşa. Mən

baxa bilmirəm öz ailəmə, Dərdimdən

od düşür bütün aləmə. Mən məna

yaradan tutiyəm, əfsus! Şərvan

qəfəsində olmuşam məhbus. Qəza yer

üzündən sildi adımı, Kəsdi dimdiyimi,

qol-qanadımı. Çıxardı səadət

Hindistanından, Qovladı əməlin

gülüstanından. O mənə şəkər yox,

zəhər yedirdi, Nəhəngin ağzından

mənə su verdi. Mən, ölüb qurtaran tuti

kimi, ah, Nəhayət, ölümə gətirdim

pənah, Zəmanə xalqının əlindən artıq,

Susmuşam, olsam da bir gözəl natiq.

Mən işin sonunu bildiyim üçün, Nitqin

ayəsini pozdum büsbütün. Məryəmi

töhmətə tutarkən ol qovm, Oxudu o:

"fələn ükəlliməl-yovm". Neyləyim,

başımdan qorxaraq, mən də, Dilimi

ağzımda saldım kəməndə. Kəsdisə

dilimi izlət xəncəri,

Dil tovhid deməkdən durmadı geri.

Qılınca oxşasa yaxşı olar dil,

İş görsün, hər zaman, quru söz

deyil. Şamaxı, bu gözəl bu geniş

diyar, Nə üçün bəs gəlir ürəyimə

dar? Ah, mənə Şamaxı bir zindan

oldu, Hər tüküm canıma nigəhban

oldu. Yanıma, nəinki növi-bəşəri,

Hə a, küləyi də qoymazlar bəri.

Yolda mən bir addım atarsam, hərgah,

Ya da ki, ürəkdən çəksəm odlu ah, Bir

düyün vurub, tez, düşmən o aha,

Durmadan aparıb çuğullar şaha.




Yüklə 236,35 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin