1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s



Yüklə 236,35 Kb.
Pdf görüntüsü
səhifə27/30
tarix02.01.2022
ölçüsü236,35 Kb.
#41233
1   ...   22   23   24   25   26   27   28   29   30
1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s

ƏMİSİNİN TƏRİFİ

Öz əmim Ömərin sayəsində mən,

Yetimlik divinin qaçdım əlindən. Bil,

mənim böyüyüm, yol göstərənim

Tərbiyə verənim, əmimdir mənim.

Sözləri hər zaman qətiydi onun,

Şagirdi-Ərəstu, bir də Əflatun.

Hürməsə üçbucaq elmini, zaman -

Onun idrakilə öyrətmiş inan!

Əmimdən almışam o şərəfi mən, Ki,

torpaq, su alır onu günəşdən.

Günəşdir rəng verən torpağa, daşa,

O, suyu qaldırar göyə birbaşa. Günəş

dol salmayıb ipiylə bil, sən, Su çəkir

fələyin dənizlərindən. Günəş qızıl

əlli nəqqaşa bənzər, Torpağı

durmadan min rənglə bəzər.

Günəşin işığı altında ancaq,

İncini - su verər, qızılı - torpaq.

Gördü ki, otağı dardır qəlbimin,

Açdı əmim ora pəncərə yüz min.

Girdi günəş kimi pəncərələrdən,

Kəmalı günəş tək tel düzdü ki, mən

Tutaraq bu teldən hər axşam, səhər,

MöHnət quyusundan çıxım bir təhər.

Əmimin evində başım oldu dik, Bu

tək ədədimi o etdi minlik. Mən kiçik

"dəqiqə" mislində ikən, Böyük

"dərəcəyə" çatdırdı həmən O məni

apardı bürclərə sarı,

Tanıtdı səyyarə və ulduzları.

Əvvəlcə birlikdən altmışa atdı,

Sonra da altmışdan otuz yaratdı. İki

on beş etdi otuzu da həm,

Onlardan yaratdı yeddi baş aləm.

Atam dözməyərək dərdə cahanda,

Sam, Zalı atan tək məni atanda



Əmim simurğ kimi uçub gələrək,

Qanadı altına alaraq Zal tək -

Qaldırdı biliyin qafına, həmən,

Bəsləndim onun öz yuvasında mən.

Əhmədə əmisi necə oldu yar, Oldu

əmim mənə o cür pərəstar. O məni

öyrətdi hər elmə, fənnə Oxudu o

"ələm yəcidkə" mənə. Atam mənə

verdi ağır bir cəza, Ərəblər o zülmü

edərdi qıza.

Bu sözü quranda axtar, tap öyrən,

Get oxu "və izəl-müvəddə"ni sən.

Mən qaldım atılmış uşaq tək xəstə,

Nəfəsi tutulmuş, qəlbi şikəstə.

Əmim görüb bunu gəldi həycana,

Yenidən məni o gətirdi cana.

Sanki oldu mənim mehriban

dayəm. Yaralı könlümə o qoydu

məlhəm. Səkkiz behişt ilə ətrafımda

şad, Yeddi heykəl qurdu o böyük

ustad. Aldı kainatdan yeddi dəmir

mil, Bir halqa boynuma etdi, həmail.

Sudan və alovdan çıxıb, boy atdım,

Yəni yeddi yaşa mən gəlib çatdım.

Baxaraq açılmış şirin dilimə,

Ağıl lövhəsini verdi əlimə,

Əvvəlcə o mənə öyrətdi "əbcəd",

Mənə "Həqayiqi" dedi, nəhayət. Dərs

verdi xeyirli səvab işlərdən, Ondan

hər sorğuma cavab aldım mən. O, bir

müəllimdi, hikmətdi sözü,

Dərsdə xəlifəm də olmuşdur özü.

Mənə xə  öyrətdi hər səhər-axşam,

Gəldi arxasınca surə və əhkam.

Öyrətdi lütf ilə hər məsələni,

Çatdırdı, nəhayət, "vənnasə" məni.

Gördü ki, bələdəm hər nişanəyə,

Apardı bir böyük kitabxanayə.

Gördükdə olmuşam, doğrudan, heyran,

Oxutdu əvvəlcə "xələqəl-insan".

Bunlarla bərabər qoydu bir sabah,

Ovcuma gözəl bir kitabi-islah,




Əmr etdi oxuyum mən onu təkrar, Ta

gözüm önündə açılsın əsrar. O mənə

ustaddı, mən ona şagird, O, İbn

Vəriddi, mən də Mübərrid. Mənə dil

qanunu öyrətdi əmim, Qoymadı səhv

edəm, oldu həmdəmim. Məni üç

elmdən etdi xəbərdar, Ağıl, fəhm, hiss

oldu onlardan izhar. Qoymadı şübhəli

qalsın bir mə um, Sonra da öyrətdi

əsrari-nücum. Yarımca sübutla eylədi

bir-bir,

Quranın, düz on dörd sirrini

təbir, Çox asan yol ilə o mahir

insan,


Etdi "bir", "iki", "üç", "dörd", "beş"i bəyan

Sonra dörd kitaba saldıqda nəzər, Verdi

dörd əsasdan ətraflı xəbər, O dörd sütun

oldu danılmaz sənəd, Quranı onlara

eylədi məsnəd.

O mənə doğru yol göstərib bu

dəm, Dedi: "Gör nə sirlə yaranmış

aləm!" Hər iki dünyanın sirrini

açdı,

Adəm tək hər sözdə bir işıq saçdı. O



mənim dayəmdi, müəllimimdi, Həm

böyük ustadım, həm də əmimdi.

Çatıb boya-başa mən şad olanda,

Məktəbdən, dərslərdən azad olanda.

Meyvəli ağac tək açdıqda çiçək -

Həyatım bir bahar fəslinə gircək, Min

təsir alaraq sudan, günəşdən, Rəngdə

su, istidə bir od oldum mən. Sonra

dünya baxdı taleyimə kəm, Dörd əllə

yapışdı yaxamdan möhkəm. Kəsdi

salxımımı qara oraqla,

Qəzavü qədərdən dərs alan Jovza. Çox

bəlalər gördüm mən ruzigardan. Sanki

baş qaldırdı bənövşə qardan. Ağ

lövhdə bəxtimi qara yazdılar. Qəddimi

"nun" kimi əydi ruzigar, Baxdıqca bu

"nun"a bu "vəlqələm"ə, Bir "Yasin"

pilərdi dərdə, ələmə. Gördü söz

mülkünə mən bir hakiməm, O mənə



ad qoydu həssani-əcəm, Qəlbimin

ayağı xəznəyə batdı, Ömrüm də iyirmi

beş ilə çatdı. Bildi söz mülkünə

mənəm hökmran, Qarşımda fərəhdən

əmim verdi can. Bu fani dünyanı gülər

tərk etdi, Hardan gəlmişdisə, ora da

getdi. Bir dəfə asqırıb eylədi rəhlət,

Mələklər oxudu ona min rəhmət.

Qırx il bu dünyada o, subay qaldı,

NəHayət, cənnətdə bir huri aldı.

Kim belə bir yara olarsa məftun,

Haqqı var subaylıq çəkməyə onun.

Ayrılıb getdikdə məndən o sərvər,

Mənim ətrafımı aldı düşmənlər.

İntiqam almaqçın fani dünyadan,

Adəm köçüb getdi, yaşadı şeytan.




Yüklə 236,35 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin